BolgeXeber.Com » Xəbərlər » Əhmədzadənin qalmaqallı idarə müdiri ilə bağlı yeni iddialar - İTTİHAM VAR

Əhmədzadənin qalmaqallı idarə müdiri ilə bağlı yeni iddialar - İTTİHAM VAR

24-03-2016, 16:52
Oxunub: 2 360 Əhmədzadənin qalmaqallı idarə müdiri ilə bağlı yeni iddialar - İTTİHAM VARAdı dövlət büdcəsinin talan edərək böyük sərvət qazandığına görə uzun müddət mətbuatın gündəmində olan Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərov vəzifəsindən azad olunaraq daha gəlirli işə keçirilib

Saytımıza daxil olan məlumata görə, İlyas Səfərovu bu dəfə Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin ediblər. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birinin belə mühüm vəzifəyə təyin edilməsi müəmmalıdır.
Qeyd edək ki, İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinə müdirlik edərkən bir sıra tender qalmaqallarında adı hallanmışdı. Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaiti xərclədiyi qeyd edilir, bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı. Həmin idarəni viran günə qoyan İlyas Səfərovun Şirvana posta təyinat alması isə bu idarənin də məhvinə gətirib çıxaracaq.
Xatırladaq ki, Meşə Melorasiya idarələrinin əsas funksiyaları melorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir. Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır. Yəni, bu daha gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Həmin ayrılmış vəsaitlər fonunda yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir.
Bu əsnada daha bir maraqlı məlumatı diqqətinizə çatdıraq. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib: “Rəis bəzi üsullardan istifadə etməklə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb”.
Məsələ ilə bağlı danışan İlyas Səfərov isə bildirib ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: “Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı “Jeep” gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107» ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm”.
İdarə rəisi məsələ ilə bağlı başqa cür açıqlama versəydi, təəccüblənərdik. Hər halda, bütün faktlar aydınlığı ilə ortadadır. O özü də övladının cinayət törətməsini təsdiqləyir. Amma çox maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov hələ də azadlıqdadır.
İlyas Səfərovla bağlı araşdırmalarımız davam edir. “Monolit”, “Nicat SK”, və “İlqar” MMC-lərin udduğu tenderlər, bu şirkətlərin kimə məxsus olması, Mingəçevir, Ağcakənddəki villalar və İlyas Səfərovun qardaşı Knyaz Səfərovun özbaşına əməlləri barədə araşdırmanı növbəti yazılarımızda oxuyacaqsınız. (Azerinfo.org)