BolgeXeber.Com » Xəbərlər » Saakaşvili korrupsiyaya qalib gəlməyin yolunu göstərib - “20 tanınmışın həbsi yetər”
Saakaşvili korrupsiyaya qalib gəlməyin yolunu göstərib - “20 tanınmışın həbsi yetər”
25-03-2016, 11:11
Oxunub: 2 979
Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada korrupsiyaya qalib gəlməyin sadə yolunu göstərib
Musavat.com-un məlumatına görə, “Novaya qazeta”ya müsahibəsində o, bildirib ki, bunun üçün ölkədə bir neçə məşhur siyasətçini, o cümlədən daxili işlər naziri Arsen Avakovu (erməni əsillidir –red.) həbs eləmək lazımdır.
“Ukraynada təxminən 20 adamı içəri salmaq lazımdır – ancaq yalnız tanınmışları. Bununla da hər şey bitəcək. Kivalovu, məsələn (Sergey Kivalov – Ali Radanın Odessadan olan deputatı). Kolomoyskini, məsələn. Aydın məsələdir ki, Avakovu. Mənə atdığı stəkana görə yox, internetdə yayılan videoya görə – harada ki, onun kabinetində hər şeyin necə “yerbəyer olduğu”, “həllini tapdığı” göstərilir. Həm də qanunsuz kazinoya görə – harada ki, onun oğlu sıravi ukraynalının ömrü boyu qazana bilmədiyi məbləği uduzur” – deyib Saakaşvili.
Qubernator həmçinin, Ukrayna korrupsiyasının simvolu saydığı zəngin biznesmen Rinat Axmetovun da həbsinin istəyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər