Deputat oğlunun vəzifəsi təhlükədə...
25-03-2016, 12:30
Oxunub: 1 254
İmamverdi İsmayılovun oğlunun adının qətlə qarışması və bir cinayətin nömrə biznesini faş etməsi ciddi ajiotaj doğurub; Könül Zalovanın sevgilisi tərəfindən öldürülməsi nələri ortaya çıxardı?
Deputat İmamverdi İsmayılov məişət zəminində baş verən qətlə görə gündəmə gəldi. Bu cinayət onun oğlunun biznesini ifşa etdi. Millət vəkilinin ağlına da gəlməzdi ki, sevgilisini öldürən bir gəncə görə mediada adı hallanar. Son xəbərlərə görə, onun oğlunun işdə çıxarılası təhləsi var.
AzFakt.com-un məlumatına görə, söhbət deputatın oğlu İlkin İsmayılovun Könül Zalovanın ölümünə görə medianın gündəminə gəlməsindən gedir.
Bu da ajiotaj yaratdı. Öldürülən qızın maşınının seriya nömrəsi tanınmış ailəyə məxsus olduğu üzə çıxdı. Hadisədən bir müddət keçsə də, deputat haqda son xəbər yalnız bu qətllə bağlıdır. Onun parlamentdə nə bir çıxışı var, nə seçicilərin problemlərini qaldıran təşəbbüsünə rast gəlmək olar. Oğlunun isə vəzifəsini itirmək təhlükəsi yaranıb. Deputat bütün əlaqələrini işə salaraq övladını qorumağa çalışır. Ancaq bu biznesin üzə çıxması İsmayılovları çətinə salıb.
Mərkəzi dairələr də İmamverdi İsmayılova ciddi xəbərdarlıq edib. Deputat da məsələdən təşviş keçirərək işi ört-basdır etməyə çalışıb. Məlumata görə, Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir. Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bu məsələnin üzə çıxması, deputatın ifşa olunması və ona aid olmayan bir qətlə sadəcə, nömrə biznesinə görə adının çəkilməsi bərk narahat edib.AzFakt.com qeyd edir ki, gundemxeber.az-a verilən məlumata görə İmamverdi İsmayılov oğlunun biznesinə və qətllə hansı əlaqələrinin olub-olmamasına görə müəyyən dairələrə danışığa dəvət olunub. Amma bu işdə deputatın bir əlaqəsi olmadığı məlum olub. Sadəcə, adının çəkilməsi onun reputasiyasına zərbə vurub.
Qeyd edək ki, bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb. Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm