Jurnalist diplomlu oğru bacanağının evini yardı-FOTO
26-03-2016, 09:55
Oxunub: 1 295
Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb
Musavat.com-un məlumatına görə, onlar açarın surətini çıxarmaqla mənzilə daxil olublar və 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə Xətai rayonunda baş verib.
Elşad Abdullayev polisə müraciət edərək bildirib ki, evdə olmadıqları vaxt qızıl-zinət əşyaları oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli şəxsləri saxlayıb. Onlar İsmayıl Rzayev və əvvələr məhkumluq həyatı yaşamış Bəxtiyar Əliyevdir.
İsmayıl Rzayev ev sahibinin bacanağıdır. O, evdə qızıl-zinət əşyalarının olduğunu bilirmiş: “Evdən açarı götürdüm, surətini çıxarıb qoydum yerinə. Həmin gün evləri boş idi. Bəxtiyarı göndərdim getdi onlara. Özüm aşağıda gözlədim”.
Evə Bəxtiyar Əliyev girib. Onun sözlərinə görə, planı İsmayıl Rzayev qurubmuş: “Dedi ki, ev var, içəridə heç kim yoxdur. Mən də işsiz adamam, getdim”.
Dostlar hadisə yerindən uzaqlaşan kimi qızılları aralarında bölüblər. Daha sonra onlar əldə etdikləri 50 min manatlıq qızıl-zinət əşyalarını müxtəlif mağazalara ucuz qiymətə satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, İsmayıl Rzayev BDU-nun jurnalistika fakültəsini bitirib.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial