Elnur Nağızadənin işi çətinləşir - Daha bir ittiham
26-03-2016, 16:23
Oxunub: 1 106
Dələduzluqda ittiham olunan və haqqında qiyabi həbs qətimkan tədbiri seçilən TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadədən daha bir nəfər şikayət edib
Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Malik Şükürov Nizami RPI 25-ci Polis Bölməsinə müraciət edib. M.Şükürov bildirib ki, E.Nağızadə 2015-ci ilin sentyabr ayında ondan 45 000 ABŞ dolları alıb və qaytarmayıb.
Qeyd edək ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Şikayət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qafqazinfo.az
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm