Füzuli icra başçısı vətəndaşların problemlərini dinləyib - Fotolar
28-03-2016, 12:56
Oxunub: 4 622
Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda diqqət mərkəzində saxlanılır
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı günlərində cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləyib.
İcra Hakimiyyətindən Bolgexeber.com-a verilən məlumata görə, görüş zamanı yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə olunması barədə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər əhali ilə birgə müzakirə olunub. Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində əhalinin həyatyani və pay torpaqlarından istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlarla söhbət edib məsələhət və tövsiyyələrini verib.
Alı Alıyevin əhali ilə görüşündə qeyd olunub ki, Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda rayonda həyətyani torpaq sahələrində kartof əkini başa çatmaq üzrədir, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün şum aparılıb, şəxsi təsərrüfatda iri meyvə bağları və istixanalar yaradılıb.
Məcburi köçkünlərdə rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər
Bildirilib ki, Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində əhalinin qaz, işıq, su və digər sosial qayğıları dövlət tərəfindən tam təmin edilib. Horadiz şəhərində adları qeyd olunan kəndlərdə məktəb, uşaq bağçası, tibb məntəqəsi kitabxana, poçt məntəqəsi, fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar xalqla birgə həll olunur.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər