Laçında maxinasiya: tualet yoxsa kitabxana?
28-03-2016, 14:08
Oxunub: 4 870
Laçın Mədəniyyət və Turizm Şöbəsinin ağılabatmaz korrupsiyası ifşa olunub
VİZUAL.az-ın xəbərinə görə, dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilən kitabxananın fotosu yayımlanıb. Şəkildən görmək mümkündür ki, həmin tikili kitabxana yox, tualet və ya köşkdür.
Məlumatda bildirilir ki, bu obyekt rayonun II Güləvird kənd kitabxanasıdır. Laçın rayon icra başçısı və MT şöbəsi müdiri Yusif Huseynov bu "möhtəşəm və analoqsuz” kitabxananı büdcədən pul silmək hesabına tikdirib.Həmin "müasir və əsrarəngiz” obyektin araya-ərsəyə gəlməsi üçün hər iki dövlət qurumu yüz minlər mənimsəyib. Nəticədə kənd sakinlərinin maariflənməsi üçün belə bir "kitabxana” istifadəyə verilib. Hər halda dünyanın heç bir ölkəsində məmurların ağlına kitabxana tikmək üçün bu ideya gələ bilməzdi.Qeyd edək ki, Laçın sakinləri Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətindən narazılıq edirlər.Ağcabədi rayonu, Taxtakörpüdəki 552 saylı qəsəbədə məskunlaşmış YAP üzvü Axundov Xalid Umbay oğlu və Laçının Kalafalıq kənd sakini Əlsəgər Əhliman oğlu Qasımov bildirmişdilər ki, şöbənin baş mühasibi Şakir İsmayılov və Şəmkənd kənd Uşaq Musiqi Məktəbinin direkoru Səfər Quliyev birlikdə korrupsiya və rüşvətxorluqla məşğuldurlar. Qarşı tərəfi dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər