BolgeXeber.Com » Xəbərlər » Millət vəkili Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib

Millət vəkili Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib

28-03-2016, 16:27
Oxunub: 2 719 Millət vəkili Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib“Hörmətli cənab səfir Xalid Usman Qayser

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Pakistanın Lahor şəhərindəki lunaparkda baş vermiş terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayserə başsağlığı göndərib.
Bolgexeber.com-un partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, başsağlığında deyilir:
“Hörmətli cənab səfir Xalid Usman Qayser!
Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlərlərdən biri olan Pakistanda belə bir qanlı hadısənin törədilməsi ən az Pakistan xalqı qədər bizi də sarsıtdı.
Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir.
Lahor şəhərindəki lunaparkda baş vermiş ağır faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.