Bakıda telefon kabellərinin oğurlanmasına görə 3 nəfər həbs edildi
28-03-2016, 20:10
Oxunub: 2 625
A.Əliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 110 metr optik tipli kabel aşkar edilərək götürülüb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından 2016-cı ilin mart ayının əvvəllərində Binəqədi rayonu ərazisində telefon kabellərinin oğurlanması barədə daxil olmuş müraciət əsasında fakta görə rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Bolgexeber.com-a daxil olan birgə məlumatında deyilir ki, həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon sakini, 1994-cü il təvəllüdlü Abbas Əliyev martın 23-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaqla müəyyən edilib ki, A.Əliyev Binəqədi rayonunun eyniadlı qəsəbəsində mart ayında ayrı-ayrı vaxtlarda ümumilikdə 525 metr telefon kabellərini dirəklərdən kəsərək yaşadığı evin həyətinə gətirib. Sonra həmin kabelləri yaşadığı evin həyətyanı sahəsində yandırıb içərisində olan əlvan metalı çıxararaq Binəqədi rayonunda yerləşən “Elite Yatırım” MMC-nin nəzdində fəaliyyət göstərən Faiq Rəhimova məxsus əlvan metal qəbulu məntəqəsinə və “Bakı Mis İstehsalı” MMC-nin Xirdalan qəsəbəsində yerləşən məntəqənin işçisi Qorxmaz Davudova satıb.
A.Əliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 110 metr optik tipli kabel aşkar edilərək götürülüb.
Həmin şəxslər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə A.Əliyevə Cinayət Məcəlləsinin 177.3.2-ci, F.Rəhimov və Q.Davudova isə həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər