Yeniyetmələr arasında bilik yarışı keçirilib -Bərdənin komandası I yeri tutub
29-03-2016, 21:01
Oxunub: 5 110
Rayonun komandası aprel ayının axırında Bakıda keçiriləcək Final yarışında iştirak etmək hüququ qazanmışdır
29 mart 2016-cı il tarixdə Yevlax şəhərində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın əməkdar elm xadimi,tibb elmləri doktoru,akademik,oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş yeniyetmələr arasında intellektual bilik yarışının zona seçim turu keçirilmişdir.Seçim turunda 11 (2 şəhər,9 rayon) komanda:Ağcabədi, Bərdə,Tərtər,Ağdam,Naftalan,Göyçay,Ağdaş,Ucar,Zərdab rayonlarının,Mingəçevir və Yevlax şəhərlərinin komandaları iştirak etmişlər. Bərdə rayonu bu yarışda yığma komanda kimi (Rahib İsmayılov-kapitan,Ramin Göyüşov- T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbi,Elgün Adnayev,Ağamirzə Məmmədov-Kətəlparaq kənd tam orta məktəbi,Mehman Şahmuradov, Ayxan Mikayılov-ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey) layiqincə çıxış edərək,daha yüksək bilik səviyyəsi nümayiş etdirərək I yeri tutmuşdur. Bərdənin komandası aprel ayının axırında Bakıda keçiriləcək Final yarışında iştirak etmək hüququ qazanmışdır.Komandanı yarışa Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov hazırlamışdır.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər