Qaradağ icra başçısı İcra başçısının gizli şirkəti - “ESKA-LİDER“ MMC
30-03-2016, 10:34
Oxunub: 1 168
Süleyman Mikayılovun stol-stul şirkəti tapıldı
Təhsil Nazirliyi əlbir olan icra başçısı öz sexində istehsal etdiyi keyfiyyətsiz bərk inventarları fatastik qiymətlərlə məktəblərə satıb
Bi müddət əvvəl AzFakt.com saytı Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun stol-stul biznesi ilə məşğul olması barədə məlumat vermişdi. Həmin məlumatda qeyd edilirdi ki, icra başçısı vəzifəsindən istifadə edərək Sahibkarlığa Kömək Milli Fondundan bir neçə milyon kredit götürərək Lökbatanda özünə mebel fabriki açıb və Qaradağ rayonu, həmçinin Bakı şəhərindəki bir çox orta məktəbləri stol-stulla təmin edib.
Son 5 il müddətində Süleyman Mikayılov orta məktəblərə satdığı və keyfiyyəti həddindən artıq aşağı olan bərk inventarlar sayəsində külli miqdarda gəlirlər əldə edib. İcra başçının Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq orta məktəblərə satılan stol-stulları maya dəyərindən 4-5 dəfə baha sənədləşdirib və bu işdən milyonlarla manat qazanc əldə edib.
AzFakt.com apardığı araşıdırmalar nəticəsində icra başçısının Sahibkarlığıa Kömək Milli Fondundan hansı şirkətin adı altında kredit götürməsini üzə çıxardıb. Belə ki, ilkin aradşırma zamanı məlum olub ki, Süleyman Mikayılovun dövlət fondundan "ESKA-LİDER" MMC şirkətinin adına 2013-cü ildə 550 min manatdan yuxarı kredit üçün müraciət edərək həmin vəsaiti əldə edib. Hüququ ünvanı Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal 24 göstərilən "ESKA-LİDER" MMC şirkəti Süleyman Mikayılova yaxın olan bir şəxsin adına qeydiyyatdan keçib. "ESKA-LİDER" MMC şirkəri 7 fevral 2005-ci ildə Vergilər Nazirliyinin 2 saylı filialında qeydiyyata alınıb. Məlumatda qeyd olunur ki, 0,6 faizlə Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 7 il müddətinə götürülən yarım milyondan çox kredit Süleyman Mikayılovun mebel fabrikinin tikintisi, avadanlıqlarının alınması üçün istifadə olunub. Ancaq icra başçısı digər şirkətlər vasitəsi ilə də digər banklardan kredit götürərək bu işə yatırdığı deyilir.
Məsələnin digər maraqlı məqamı isə ondan ibarətdir ki, stol-stul sahəsinin paritet olmamasına rəğmən Sahibkarlığa Kömək Milli Fondu yarım milyondan çox vəsaiti Süleyman Mikayılovun şirkətinə çox rahatlıqla ayırıb. Əslində isə bir mebel sexinə uzunmüddətli və çox aşağı faizlə bu qədər kredit verilməsi qanunaziddir. Çünki Sahibkarlığa Kömək Milli Fondu bu qədər böyük vəsaiti Kənd Təsərrüfatı mallarının istehsalına yönləndirə bilər. Hansısa mebel sexinə bu miqdarda dövlət vəsaitinin verilməsi yolverilməz haldır.
O da məlum olub ki, "ESKA-LİDER" MMC şirkəti Süleyman Mikayılovun Lənkəran icra başçısı işlədiyi dövrlərdə də bir çox tenderlərdə iştirak edib. Həmin şirkət Lənkəran şəhərində xiyabanın təmiri, səkilərin tametlənməsi, üzlüklərin vurulması və sair işlər görüb. İcra başçısı rayonun sosial iqtisadi inkşafı üçün dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri məhz bu şirkət vasitəsi ilə silib.
Adı çəkilən şirkət Süleyman Mikayılovun Qaradağ rayon icra başçısı işlədiyi dövrdədə bir çox tenderlərdə iştirak edib. Ancaq 2013-cü ildən "ESKA-LİDER" MMC şirkəti Süleyman Mikayılovu şəxsi biznesinin çiçəklənməsi fəaliyyəti ilə məşğul olub.
Qaradağ rayon icra başçısı Süleyman Mikayılova məxsus olan "ESKA-LİDER" MMC şirkəti ilə bağlı araşdırma davam edir. Yaxın günlərdə adı çəkilən şirkətin Qaradağ rayonunda icra başçısına məxsus başqa hansı işlərlə məşğul olması və mebel sexindən başqa, Süleyman Mikayılovun çörək, tamet biznesinə də girişməsi ilə bağlı araşdırmanı da oxuculara təqdim edəcəyik.
P.S: Qeyd edək ki, "ESKA-LİDER"MMC şirkəti ilə bağlı Qaradağ rayon İcra hakimiyyətinin saytına göndərilən elektron sorğuya da, üstündən iki həftə keçməsinə rəğmən. heç bir cavab verilməyib.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm