BolgeXeber.Com » Xəbərlər » Rusiyanın Primorsk diyarında Su-25 hücum təyyarəsi qəzaya uğrayıb-VİDEO

Rusiyanın Primorsk diyarında Su-25 hücum təyyarəsi qəzaya uğrayıb-VİDEO

30-03-2016, 11:38
Oxunub: 4 009 Rusiyanın Primorsk diyarında Su-25 hücum təyyarəsi qəzaya uğrayıb-VİDEOHücum təyyarəsi yaşayış məntəqəsinə düşüb

Primorsk vilayətində “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanındakı mənbəyə istinadən bildirib.

“Pilot katapult edə bilib. İlkin məlumata görə, o, xəsarət almayıb”, – agentliyin həmsöhbəti bildirib.

Qəza Çerniqov rayonunda aerodrom yaxınlığında baş verib. İlkin məlumata görə, təyyarənin mühərriki sıradan çıxıb.

Çerniqovun administrasiyasında TASS-a qəza yerində ölən və dağıntı olmadığını təsdiqləyiblər. Amma təyyarənin “yaşayış mnətəqəsinə düşdüyü” vurğulanıb.

Eyni zamanda, güc strukturlarındakı mənbə bildirib ki, “Su-25” bostana düşüb. Təyyarə düşərkən iki təsərrüfat tikilisini dağıdıb.