Tərtərdə yetkinlik yaşına çatmayanlarla iş diqqət mərkəzində saxlanılır
31-03-2016, 14:53
Oxunub: 4 034
Martın 30-da rayon icra hakimiyyəti rayon prokurorluğu, polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayət hadisələri ilə bağlı Gənclər Mərkəzində yığıncaq keçirmişdir
Bolgexeber.com xəbər verir ki, Yığıncaqda rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Elvin Umudov, polis şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, rayon prokurorunun köməkçisi Rəşad Bayramov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev çıxış edərək yetkinlik yaşına çatmayanların törətdikləri cinayyət işlərini müzakirə etmişlər. Qeyd olunmuşdur ki, 2015-ci ildə yetkinlik yaşına çatmayanlar tərəfindən 4 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayətlərin 2-si oğurluq, 1-i saxta pul hazırlama, 1-i isə sağlamlığa zərərvurma ilə əlaqədar olmuşdur.
Sonra cinayət törədən yetkinlik yaşına çatmayanların təhsil aldıqları məktəblərin direktorları Valeh İbrahimov, Gülzar Ağayeva, Elmira Hüseynova və Zərifə Şirinovaya söz verilmişdir. Onlar cinayət törətmiş uşaqlarla bağlı gördükləri tədbirlər barədə danışmışlar.
Rayon təhsil şöbəsi tərəfindən həmin məktəblərin direktorlarına ciddi xəbərdarlıq edilmişdir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər