Bərdədə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib-FOTO
31-03-2016, 19:16
Oxunub: 1 396
Bərdə rayon Mərkəzi Kitabxanasının Uşaqlara Xidmət şöbəsində 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Fəxrəddin Əzizov, Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov, rayon İdman və Gənclər idarəsinin məsul işçisi Aydın Qasımov, Bərdə qəzetinin müxbiri Şükufə Əliyeva, rayon təhsil şöbəsinin müdir müavini İsmayıl Adığözəlov, gənclər və fəal oxucular iştirak etdi.Tədbir 31 mart soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə çıxış edən Aydın Qasımov Azərbaycanın başına zaman-zaman gətirilən müsibətlərdən danışaraq gənclərə bu hadisələri unutmamağa, müstəqil dövlətimizin inkişafında, torpaqlarımızın qorunub saxlanılmasında daha fəal olmağı və öz intellektual səviyyələri ilə nümunə olmağa tövsiyyə etdi.
“Bərdə” qəzetinin müxbiri Şükufə Əliyeva təbliğatın ən aktual forması olan mətbuatda bu hadisələrin işıqlandırılmasının və geniş məlumat verilməsinin əhəmiyyətindən danışdı.
Mərkəzi Kitabxananın Uşaqlara Xidmət şöbəsinin müdiri Sevda Süleymanova çıxış edərək Azərbaycan xalqının bir çox məhrumiyyətlərə baxmayaraq öz azadlığı, suverinliyi uğrunda daim mübarizə aparmasından və məqsədinə nail ola bilməsindən danışdı.
Xalqımız başına gətirilmiş müsibətlər onun əzmini və iradəsini qıra bilməmişdir. Odur ki, indi biz azad bir ölkədə yaşayırıq. Biz çalışmalıyıq ki, dövlətimizdə olan sabitliyi qoruyub saxlayaq və daima irəliləyək.
Bolgexeber.com




Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər