BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda üzümçülüyün elmi əsaslarla inkişafının əsas istiqamətləri müzakirə edilib
Cəlilabadda üzümçülüyün elmi əsaslarla inkişafının əsas istiqamətləri müzakirə edilib
1-04-2016, 10:18
Oxunub: 1 472
Açıq dialoq şəklində davam edən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb
Martın 31-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun təşkilatçılığı ilə “Üzüm bağlarında aqrotexniki tədbirlərin elmi əsaslarla aparılması yüksək məhsuldarlığın əsasıdır” mövzusunda elmi-praktik seminar keçirilib.
Cəlilabad rayonunda üzümçülüklə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin, yerli icra strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi baş direktorunun birinci müavini Eldar Kosayev elmi-praktik seminarın məqsəd və vəzifələrindən danışıb.
Təlim məşğələsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahovun “Üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinin müasir istiqamətləri”, İnstitutun Cəlilabad Dayaq Məntəqəsinin direktoru Azad Əkbərovun “Üzümlüklərdə xəstəlik və zərərvericilərin təyin edilməsi, onlara qarşı mübarizə tədbirləri”, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş mütəxəssisi Faiq Xudayevin “Aqrar sahədə informasiya məsləhət xidmətinin rolu”, Cəlilabad Calaq-Üzüm Əkin Materialları üzrə İstehsal Müəssisəsinin direktoru İmran Babayevin “Üzüm bağlarında aqrotexniki qulluq işlərinin mövsüm üzrə aparılması qaydaları” mövzularında məruzələri dinlənilib.
Açıq dialoq şəklində davam edən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra tədbir iştirakçıları Cəlilabad rayonunun üzüm bağlarında müvsümi aqrotexniki qulluq işlərinin aparılması qaydaları ilə əyani surətdə tanış olublar.
Bolgexeber.com


Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər