“Kimi istəyirəm onu da məktəbimə qəbul edirəm” - Direktor ağalıq edir
1-04-2016, 11:03
Oxunub: 3 278
Aldığı cavabla razılaşmayan B.Xankişiyev270 saylı məktəbin direktoru Əli İsgəndərovun qəbulunda olsa belə, məsələ müsbət həllini tapmayıb
Suraxanı rayonu Hövsan qəsəbə sakini Babək Xankişiyev övladı Məhsud Xankişiyev sənədlərini elektron ərizə formasında https://mektebeqebul.edu.az/az ünvanına göndərib. B.Xankişiyev övladının məktəbə qəbul olunmasının təsdiqini gözlədiyi halda belə bir cavab alıb:
“Qәbul olunmayıb. Uşaq mәktәbin yerlәşdiyi әrazidә yaşamır. Komissiyanın qәrarı ilә razı olmadığınız halda müraciәt edәcәyiniz Apellyasiya Komissiyası: 95 №li tam orta mәktәb, Әhmәdli qәsәbәsi, Q.Nәbi küçәsi 13.
Komissiyalar martın 1-dәn iyunun14-dәk fәaliyyәt göstәrir. Müraciәtlәrin qәbulu vә baxılması hәr hәftәnin III vә V günlәri saat 10:00dan 16:00dәk hәyata keçirilir. Hәmin gün iş günü olmayan bayram gününә tәsadüf etdiyi halda qәbul bir gün әvvәl tәşkil edilir”.
Qeyd edək ki, B.Xankişiyevin digər oğlu elə həmin məktəbin 3-cü sinfində oxuyur.
Aldığı cavabla razılaşmayan B.Xankişiyev270 saylı məktəbin direktoru Əli İsgəndərovun qəbulunda olsa belə, məsələ müsbət həllini tapmayıb.Ə.İsgəndərov deyib ki, məktəbdə yer yoxdur:
“Məktəbin direktoru mənəm. Kimi istəyirəm qəbul edərəm, kimi istəyirəm qəbul etmərəm. Evin bura uzaqdır, oğlunu məktəbə qəbul etmirəm. Məktəbdə oxuyan oğlunu da növbəti ildən məktəbimdən çıxaracam”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva məsələ ilə bağlı Modern.az saytının sorğusuna cavabında problemə aydınlıq gətirib:
“270 nömrəli məktəb sıxlıq müşahidə olunan məktəblər siyahısında olduğu üçün ərazi faktoru sənədlərin qəbulu zamanı əsas götürülür. Lakin, vətəndaşın digər övladı artıq qeyd olunan məktəbdə oxuduğu üçün problemin həlli istiqamətində müsbət addımlar atılmalıdır”.
A.Tairquliyeva bildirib ki, valideyn bir daha sənədlərlə birgə məktəbə müraciət etsin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər