Göyçayda canavar hücumu- 38 baş qoyun parçalandı
1-04-2016, 13:50
Oxunub: 6 002
Ev sahibi yatmış olduğundan hadisədən gec xəbər tutub
Göyçay rayonunda canavarlar 38 baş qoyunu parçalayıb.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Yalman kəndində qeydə alınıb.
Kənd sakini Salahov Rəhman Saleh oğluna məxsus qoyunlar gecə saatlarında canavarların hücumuna məruz qalıb. Canavarlar tövlədə olan 22 baş qoyunu parçalayaraq öldürüb, 16 baş qoyuna isə ağır xəsarət yetiriblər. Ev sahibi yatmış olduğundan hadisədən gec xəbər tutub.
Fermerə ümumilikdə 4 min manata yaxın maddi ziyan dəyib. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb. Ölən qoyunlar isə dezinfeksiya edilərək basdırılacaq.
Rəhman Salehov vəhşi heyvanların tez-tez kəndə hücum edərək şəxsi təsərrüfatlara ziyan vurduqlarını deyib.
Kənd sakinləri canavar və caqqalların sayının xeyli artdığını və onların ev heyvanları ilə yanaşı insanlara, azyaşlı uşaqlara da hücum etdiklərini bildiriblər.
Qeyd edək ki, martın 13-də canavarlar Yalman kəndində 25 baş qoyunu, fevralın 18-də isə Ləkçiplaq kəndində 15 baş qoyunu parçalamışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər