BolgeXeber.Com » Xəbərlər » "El Klasiko": əzəli rəqabətdə 231-ci matç- "Barselona" -"Real"

"El Klasiko": əzəli rəqabətdə 231-ci matç- "Barselona" -"Real"

2-04-2016, 09:55
Oxunub: 3 292 "El Klasiko": əzəli rəqabətdə 231-ci matç- "Barselona" -"Real"Bu gün dünyanın iki ən böyük klubu - "Barselona" və "Real" qarşı-qarşıya gələcək

Bolgexeber.com Fanat.az-a istinadən xəbər verir ki, La Liqanın XXXI turu çərçivəsində baş tutacaq "El Klasiko" Bakı vaxtı ilə saat 23.30-da start götürəcək.

Bu qarşılaşma əzəli rəqiblər arasıda 231 matç olacaq. 114 illik tarixi olan "El Klasiko" ilk dəfə 1902-ci ildə - Tac Kubokunda baş tutub. Paytaxt Madriddəki matçı "Barselona" 3:1 hesabı ilə qazanıb.

Tərəflər arasındakı ilk rəsmi matç 1916-cı ildə "Kral Kuboku" çərçivəsində oynanılıb. "Barselona" öz meydanında rəqibini 2:1 hesabı ilə yenib.

1929-cu ilin 17 fevralında baş tutan ilk çempionat matçında isə "Real" qalib gələn tərəf olub - 2:1.

Bu günə qədərki çempionat oyunlarına nəzər yetirsək, "Real"ın üstünlüyü var. "Kral Klubu" 171 qarşılaşmadan 71-də qələbə qazanıb. "Barselona" 68 oyunda 3 xalı aktivinə yazıb, 32 oyunda qalib müəyyənləşməyib.

"Real" "Barselona" üzərində uzun illər üstünlük əldə etsə də, son dönəmlərdə kataloniyalılar son illərdə bu fərqi azaldıb. "Barsa" son 10 ildə La Liqada keçirilən 10 "El Klasiko"nun qalibi olub. "Real" 6 qələbə qazanıb, 4 matç "sülh"lə bitib.

"Barselona" "Real"ı qonaq etdiyi 85 La Liqa matçından 49da qələbə qazanıb. "Real" səfər oyunlarında 19 dəfə 3 xala sevinib, 17 qarşılaşmada qalib müəyyənləşməyib. "Barsa" "Nou Kamp"da keçirilən son 10 çempionat oyunundan sadəcə 2-də uduzub.

"El Klasiko"larda ən böyük hesablı qələbələri "Real" qazanıb. Paytaxt klubu 1935-ci ildə 8:2, 1949-cu ildə 6:1 hesablı qələbəyə sevinib.

"Barselona"nın da böyük hesablı qələbələri var. Kataloniyalılar 1950-ci ildə 7:2, 2010-cu ildə 5:0 hesablı qələbələr qazanıb.

Bütün "El Klasiko"lardakı ən böyük hesablı qələbə də "Real"ın aktivindədi. Madrid təmsilçisi 1943-cü ildə "Kral Kuboku"nda əzəli rəqibini 11:1 hesabı ilə yenib.