“Pul Hicran Hüseynovaya verilib” - İTTİHAM VAR
2-04-2016, 13:28
Oxunub: 3 081
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın adı hallanan 170 minlik qalmaqalla bağlı yeni məlumatlar var
Bu işdə zərərçəkən Eynur Kərimovun vəkili Kamandar Nəsibov “Azadlıq”a bildirib ki, müvəkkili onun iştirakı ilə dindirilib.
Vəkilin sözlərinə görə, Eynur Kərimov istintaqa ifadəsində pulun AQUPDK-nın keçmiş aparat rəhbəri Səfər Imanov vasitəsilə məhz Hicran Hüseynovaya verildiyini bildirib. O, həmçinin qeyd edib ki, pul Hicran Hüseynovaya veriləndən az sonra komitə sədri onu qəbul edib: “Müvəkkilim deyir ki, Hicran Hüseynovanın qəbulunda olarkən komitə sədri onun CV-si ilə tanış olub, ona ”bizə sizin kimi kadrlar lazımdır” deyib”.
Vəkilin sözlərinə görə, Hicran Hüseynova Eynur Kərimovun şikayət edəcəyini biləndən sonra Səfər Imanov barədə müvafiq qurumlara müraciət edib: “Yəni, öz işçisini, həm də qohumunu önə verib. Halbuki Eynur Kərimov deyir ki, Səfər Imanov parçadan olan çantadakı pulu Hicra Hüseynovaya verib. Bunu Eynur Kərimov da görüb. Həmçinin bizdə audio və video faktlar da var. Səfər Imanov özü də ”Skayp” vasitəsilə Eynur Kərimovla danışarkən pulu Hicran Hüseynovaya verdiyini deyib”.
Kamanlar Nəsibov onu da qeyd edib ki, Səfər Imanov barədə cinayət işi başlanması xəbəri doğru deyil: “Cinayət işi fakt üzrə başlayıb. Bu məlumat bir qədər təhrif olunmuş şəkildə yayılıb”.
Qeyd edək ki, AQUPDK sabiq Aparat rəhbəri Səfər Imanovun Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Lakin qarşı tərəf, həmçinin Səfər Imanovun özü bu məsələdə komitə sədri Hicran Hüseynovanı da ittiham edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər