Şiddətli döyüş gedir: düşmən QAÇIR-Cəbhədən xəbər var
2-04-2016, 14:31
Oxunub: 7 342
Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik, hələ də, davam edir
Ermənistanın kütləvi informasiya vasitələrində və xüsusilə də sosial şəbəkələrdə "Azərbaycanın cəbhə bölgəsinə yaxın kəndlərindən əhali çıxarılır, sakinlər yaşayış məntəqələrini təşviş içində tərk edirlər" tipli dezinformasiyalar, yalanlar yayılır.
Tərtər və Füzuli rayonunu sakinləri Milli.Az-ın əməkdaşına bu xəbərlərin yalan olduğunu, heç bir təşvişin yaşanmadığını deyiblər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli.Az-ın sorğusunu belə cavablayıb: "Təşviş yoxdur. Silahlı qüvvələrimiz öz mövqelirəndən bir addım da geri çəkilmirlər. Əksinə, ordumuz sərəncamında olan silah və texnika ilə düşmənə layiqli cavab verir. Düşmənə elə güclü zərbələr vurulur ki, onlar mövqelərini qoyub qaçırlar. Hazırda düşmən sıralarında pərakəndəlik, qorxu və təşviş müşahidə olunur. Cavab zərbələri nəticəsində ermənilərin sıralarında ölənlər və yaralıların olduğu istisna edilmir.
Cəbhənin müəyyən istiqamətlərində şiddətli döyüşlər gedir".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər