BolgeXeber.Com » Xəbərlər » “Rəvan” Sığortadan əlilə qarşı ağlasığmaz özbaşınalıq

“Rəvan” Sığortadan əlilə qarşı ağlasığmaz özbaşınalıq

4-04-2016, 11:12
Oxunub: 2 836 “Rəvan” Sığortadan əlilə qarşı ağlasığmaz özbaşınalıq Respublikadan kənarda müalicəyə ehtiyacı olan, Qarabağda ağ ciyərinin üçdən ikisini düşmən gülləsi "yeyən” Xaliq Abbaszadənin haqqını – qanpulunu bu gün sığorta şirkətləri, məhkəmələr yeyir

3 il öncə başqa əlilə verilən reabilitasiya vasitəsini – 90-HX-384 saylı "əlil” avtomobilini dayandığı yerdə arxadan vurub metallomluq edən 10-CK-200 saylı "Nissan X-Trail”in sürücüsü Fərid Hüseynov əlillərin qəza yerinə çağırdığı Suraxanı yol polisinin əməkdaşı Tahir Isgəndərovu necə sehrləyibsə, qəzaya və maşına aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadə alkaqol testindən keçirilib, amma qəzanı törədən Fərid Hüseynov "yaddan çıxıb”. Yol polisi "Nissan”ın sığortalı olduğunu deyib, protokol tərtib etməyərək əlil maşınına dəyən ziyanın da ödəniləcəyinə söz verib. Amma hadisədən 8 gün(??) sonra Suraxanı məhkəməsi (Gülsarə Imanova) inzibati xətalarla bağlı işlərdə vəkilin iştirakı məcburi olduğu halda, vəkil ayırmadan Qarabağ əlilinə "güzəşt” edərək həbs yox, 400 manat cərimə tətbiq edib ki, sürücülük vəsiqəsi yoxdur. Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov Qarabağ əlili hospitalda yatdığı halda, yenə də vəkil ayırmadan bu cərimə qərarını qüvvədə saxlayıb.
Cərimənin günü-gündən "şişdiyini” görən əlacsız Qarabağ əlili üç aylıq pensiyasını qanunsuz məhkəmə qərarının icrasına sərf edib. Amma nə yazıq, bu da onun "başı üstündən qara buludları yox etməyib”. Bu yol "Nissan”ı sığortalayan "Rəvan” sığorta şirkətinin törəməsi olduğu "Nurgün Motors” da üç əlil maşını məbləğində – 10 min manatlıq saxta defekt aktı tərtib edib, guya sığortalısına ödədiyi 9100 manatı Suraxanı Rayon Məhkəməsi vasitəsilə dövlətin sığortalısı olan Qarabağ əlilindən tələb edib. Əlilin qarşılıqlı iddiasının qəbulundan sonra iş baxılmamış saxlanılıb. "Rəvan” sığorta şirkətinin qanunsuzluqlarına nə prokurorluq, nə polis, nə Maliyyə Nazirliyi hüquq qiyməti verib. Təzyiqlərdən, təhqirlərdən əlavə xəstəliyə – şəkərə yoluxan Qarabağ əlili Nərimanov Rayon Məhkəməsində "Rəvan”a qarşı saxta defekt aktı tərtib etməklə sağlamlığına vurulan ziyanla bağlı iddia qaldıranda şirkət rəhbərliyi hakimin barışıq təklifilə razılaşıb və saxta ziyan məbləğini bağışladığını bildirib. Amma nə yazıq, Vergilər Nazirliyinin yoxlaması ilə "Nurgün Motors”un və "Rəvan”ın müharibə əlilinə qarşı qanunsuzluqları üzə çıxdığından sözügedən "ana-bala” şirkətlər acıqlarını Sabunçu Rayon Məhkəməsində eyni iddianı icraata götürtməklə çıxmaq fikrinə düşüblər.
Qarabağ əlili dəfələrlə Sabunçu Rayon Məhkəməsinə ərizə verib başqa məhkəmədə eyni tərəflər arasında iş olduğunu, bu məhkəmənin ona aid olmadığını bildirsə də, qarşılıqlı iddia versə də, nə ərizə-vəsatətlərinə baxılıb, nə də qarşılıqlı iddiaçı kimi tanınıb. Heç demə, məhkəmə "Rəvan”ın təzyiqilə hadisə baş verən çağdan qabaq ölən Sabunçuda qeydiyyatda olan şəxsə qarşı saxtalığı şübhə doğurmayan iddianı icraata götürüb(??). Bu rüsvayçılığı Sabunçu Rayon Məhkəməsi (hakim Gültəkin Əsədova) iş üzrə icraatı cavabdeh şəhidin varislərinin tapılmasına qədər dayandırmaqla ört-basdır etmək yolunu tutub. Amma yenə də saxta iddia sahiblərinin məhkəməyə təzyiqilə bu qərardad ləğv edilmədən, Qarabağ əlili hospitalda ölümlə həyat uğrunda çarpışdığı çağ yeni hakim Imran Burcayev işi "aidiyyəti” üzrə Suraxanı Rayon Məhkəməsinə göndərmək barədə qərardad qəbul edib. 10 aydan sonra təzyiqlə "aidiyyət” müəyyən edən Sabunçu Rayon Məhkəməsinin bu aktından ilkin iddia üzrə cavabdeh, hazırda qarşılıqlı iddiaçı Qarabağ əlili şikayət etsə də, qanunvericiliyin tələbinə zidd olaraq şikayət vermə müddətini gözləmədən iş Suraxanı Rayon Məhkəməsinə göndərilib. Onu da vurğulayaq ki, Suraxanı Rayon Məhkəməsində də eyni predmet üzrə eyni tərəflər arasında Qarabağ əlilinin iddiası üzrə hakim Elçin Ağayevin icraatında iş var. Amma bu işə də 6 aydır baxılmır. Deyəsən, məhkəmələr hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini unudub. Prokurorluq isə VN-in saxta defekt aktı ilə savaş əlilindən pul tələb edilməsinə görə "Nurgün” və "Rəvan”ı cərimələməsi faktı üzrə araşdırma aparmağa borclu olsa da, Suraxanı prokuroru 2 ildən sonra işi "aidiyyəti” üzrə Xətai prokuroruna göndərib. Fikir verin, nə məhkəmələr, nə prokurorluq, nə polis əlillərin şikayətlərinə baxmağı "ötür-ötür”lə özlərinə sığışdırmırlar. Bu "aidiyyət”dən rüşvət, korrupsiya "iyi” gəlmir ki?
Sabunçu Rayon Məhkəməsinin "aidiyyət” rüşvətxorluğundan əlilin Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına şikayətləri hələ ki sonuc vermir. Özü də belə aiddiyyət qaydaları məhkəmə(lər) üçün iş prinsipinə çevrilib. Yəqin ali hakimyyət orqanları belə işləməyə son verməkdə çətinlik çəkməzlər.
xalqxeber.az