Cəbhədə şəhid veririk, əyləncə mərkəzlərimizdə isə çal-çağırdır – BİABIRÇILIQ
4-04-2016, 17:35
Oxunub: 4 281
"Flominqo” restoranında da dünən çal-çağır olduğu deyildi
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Ordusu torpaqlarımız uğrunda şəhid verməkdə davam edir. Amma paytaxt restoranları, əyləncə mərkəzləri, bir sözlə şou-biznes əhli çal-çağırla məşğuldur. Publika.az paytaxtın ən prestijli restoran və şadlıq evləri ilə əlaqə saxlayıb. Bəlli olub ki, cəbhə xəbərləri həmin əyləncə mərkəzlərinin iş qrafikinə qətiyyən təsir göstərməyib. Hər axşam şou-proqramlar davam etdirilir. "Oazis” restoranından bildirdilər ki, dünən olduğu kimi bu axşam da əyləncə proqramı təqdim edəcəklər. Şou-proqramda xalq artisti Səməd Səmədov, Niyam Səlami, Elariz Məmmədoğlu və digər müğənnilərin iştirak edəcəklər. "Ay işığı” restoranından da şou proqramlarında dəyişiklik edilmədiyini bildiriblər: "Hər gecə olduğu kimi bu gecə də əyləncəmiz davam edəcək. Amma şou-proqramda kimlər iştirak edəcəksə, bunu axşam saat 5-də müəyyənləşdirəcəyik. Bu, sifarişlərdən asılı olacaq”. "Niaqara” restoranından bildirdilər ki, dünən gecə şou-proqram təqdim olunub, bu axşam da davam edəcək: "Adətən proqram sifariş əsasında müğənniləri dəvət edir. Axşam saat 6-da daha dəqiq məlumat verə bilərik. Amma bizdə əsasən Niyam Səlami, Samira, Rəhim Rəhimli çıxış edir”. "Flominqo” restoranında da dünən çal-çağır olduğu deyildi. Bu axşam da əyləncə davam edəcək. Amma hansı müğənnilərin çıxış edəcəyi sifariş əsasında axşam saat 5-6-da bilinəcək”. "Meridian” restoranından da eyni cavabı eşitdik. "Cəbhədə baş verən hadisələr, şəhidlərimizin itkisi şou proqramları təxirə salmayacaq ki?” sualımıza aldığımız cavab belə oldu: "Yox, indiyə qədər salınmayıbsa, indən belə də salınmayacaq. Şükür Allaha, torpaqlarımızı geri alırıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər