Tərtərdə mülki şəxslərin atəşə tutulması ilə bağlı cinayət işi açılıb
4-04-2016, 18:01
Oxunub: 4 444
Aprelin 2-dən başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətməkdə davam edirlər
Tərtər rayon prokurorluğu və polis Şöbəsinin Bolgexeber.com-a daxil olan birgə məlumatında qeyd edilir ki, Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Azadqaraqoyunlu və Düyərli kəndləri növbəti dəfə düşmən atəşinə məruz qalıb.
Belə ki, aprelin 3-də saat 21:00 radələrində erməni silahlı qüvvələrinin artilleriya silahlarından rayonun Azadqaraqoyunlu kəndinə atılmış mərmilərdən biri 1968-ci təvəllüdlü Rəhimov Mirzə Rəhim oğluna məxsus yaşayış evinə düşüb, aprelin 4-də saat 14 radələrində isə Düyərli kəndinə atılmış mərmilərdən 3-ü Quliyev Etibar Cəlil oğluna məxsus yaşayış evinə düşməsi nəticəsində ev tamamilə dağılıb, qonşuluqda yaşayan 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı və 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı isə qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər