Hacıqabullular qürur hissi duyur-FOTO
4-04-2016, 20:17
Oxunub: 3 525
Hacıqabul sakinləri Azərbaycan–Ermənistan sərhəddində aprelin 2-də törədilmiş təxribat zamanı ordumuzun erməni quldurlarına layiqli cavab verməsini ürəkdən alqışlayırlar
Bununla bağlı müraciət ediblər.04.04.2016-cı il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində rayon içtimaiyyəti nümayəndələrinin iştirakı ilə müşavirə keçirildi.Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov əvvəlcə Azərbaycan –Ermənistan sərhəddində aprelin 2-də törədilmiş təxribat zamanı düşmənlə qəhrəmancasına vuruşan və torpaqlarımızın azadlığı uğrunda çanlarından keçən vətən oğullarının ruhunu bir dəqiqəlik sükutla yad etdi.Sonra ordumuzun erməni quldurlarına layiqli cavab verməsini ürəkdən alqışladı və qeyd etdi ki, alınan hər bir qarış torpaqlarımız bizdə fərəh, qürur hissi yaradır, sonra cəbhə bölgəsində gedən son durumlardan, uğurlarımızdan, Cənab Prezidentimizin verdiyi qərarlardan danışdı.
Sonra YAP rayon təşkilatının sədri Hafiz Bəşirov, Qarabağ Müharibəsi Əlilləri və Veteranları Şurasının sədri Nəcəf Murtuzov, rayon Ziyalılar Cəmiyyətinin sədri Şükür Məmmədov, rayon Ağsaqqallar Cəmiyyətinin sədri Abdulla Zülfüqarov, Ehtiyyatda olan gənc zabit Fərid Qasımov çıxış etdilər.Yığıncaqda çıxış edənlər Azərbaycan ordusunun döyüş bölgəsində göstərdiyi qəhrəmanlıqlarla qürur duyduqlarını bildirir, Ali Baş Komandanımızın verəcəyi əmrlə hamılıqla torpaqlarımızın müdafiəsinə bir nəfər kimi qalxmağa hazır olduqlarını bəyan etmişlər.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər