BolgeXeber.Com » Xəbərlər » Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO

Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO

5-04-2016, 09:36
Oxunub: 3 156 Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO"Biz atəşkəsi pozmamışıq, sadəcə, təxribata layiqli cavab vermişik”

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Tərtər rayon fəallarının yığıncağı keçirilib.

Yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə baş sağlığı verib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri bildirir ki, Tərtər rayonu düşmənlə 48 km təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutulub.

Ordumuz düşmənə layiqli cavabını vermişdir. Möhtərəm Prezidentimizin təhlükəsizlik şurasının iclasında dediyi kimi "Biz atəşi pozmamışıq, sadəcə təxribata layiqli cavab vermişik”. Nə qədər ki, Ermənistan təxribatçı əməllərdən əl çəkmir, Azərbaycan ordusu ona layiqincə cavab verəcəkdir. Düşmən bir daha şahidi oldu ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri qələbə çalmaq əzmindədir.

"Torpaq uğrunda ölən varsa vətəndir”

Torpaq uğrunda, vətən uğrunda döyüş gedirsə sözsüz ki, itkilərimiz də olacaqdır. Döyüşlərdə şəhidlərimiz də, yaralananlarımız da vardır.

Gedən döyüşlərdə 02.04.2016-04.04.2016-cı il tarixlərdə erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx kəndində 35, Azad Qaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8, cəmi 155 yaşayış evinə ziyan dəymişdir. Bunlardan 16 ev tamamilə dağılmış, 114 evin dam örtüyünə, qapı-pəncərə bloklarına və pəncərə şüşələrinə ciddi ziyan dəymiş, 25 evin divarlarında çatlar əmələ gəlib.

Bəzi informasiya mənbələrində təxribat xarakterli məlumatlar dərc olunur. Guya Tərtərin sakinləri rayonu tərk ediblər. Gördüyünüz kimi qəhrəman tərtərlilər hamısı öz evlərindədir, həyat axarı ilə davam edir. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan torpaqlarımızda dalğalanacaqdır.

Sonra tədbirdə Tərtər RİHB aparatında aparıcı məsləhətçi Tunarə Məmmədzadə, YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov, Rayon Qadınlar şurasının sədri Mərziyyə Qəndilova, Rayon Ağsaqqallar şurasının üzvü Fəxrəddin Binnətov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tərtər özünümüdafiə batalyonunun keçmiş komandiri Pənah Məmmədov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Şəhid anası Zəlimə Əsədova, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, Qaraağacı kənd İƏD-i üzrə nümayəndə Lətif Həmidov çıxış edərək tərtərlilərin Respublika Prezidentinin siyasətini dəstəklədiklərini bildirmişlər. Çıxışlarda Ali Baş Komandanın "Əgər erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpağından rədd olsun” "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkmiyəcək Azərbaycan ordusu onları bundan sonra da cəzalandıracaq” fikirləri dəstəklənmişdir.

Tərtərlilərin döyüş əhval-ruhiyyəsi yüksəkdir, qələbənin yaxında olduğunu bilirlər.

Tədbirdə iştirak edən Tərtər rayonunun fəxri vətəndaşı Umud Mirzəyev, Müdafiə Nazirliyinin Hərbi Səfərbərlik üzrə şöbə müdiri polkovnik Rasim Şirinov, vətənpərvərlik yönümlü təşkiulatların rəhbərləri Emin Həsənli, Mehdi Mehdiyev, Şəmistan Əlizamanlı, Etibar Əsədov, Fizulu Rzaquliyev, Məhəmməd Əliyev, Nəsimi Qarabağlı və Reyd Kərimoğlu çıxış ediblər.

Çıxışlarda vətənə sevgi, düşmənə nifrət qələbəyə inam vurğulanmışdır. Tədbirin sonunda tərtərlilərin xahişi ilə Şəmistan Əlizamanlı sakinlərin alqışları altında "İgid əsgər möhkəm dayan” mahnısını ifa edib.
Bolgexeber.com
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO
Tərtər rayon fəallarının yığıncağı keçirildi-FOTO