BolgeXeber.Com » Xəbərlər » Gədəbəyin icra başçısı ilə bağlı şok iddia - Bu vurhavurda veteran statusu satır...
Gədəbəyin icra başçısı ilə bağlı şok iddia - Bu vurhavurda veteran statusu satır...
5-04-2016, 11:10
Oxunub: 5 756
Rayonlarda təhsil və mədəniyyət şöbələrinin ləğvindən sonra korrupsiya meydanı daralıb
Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov vəziyyətdən çıxış yolunu tapması xəbəri var. Başçı yeni korrupsiya sahəsi "kəşf” edib. Artıq bir neçə gündür ki, başcı hər kənd icra nümayəndəsinə saxta müharibə veteranı statusu vermək üçün 50- 60 nəfərin sənədlərini toplamağı tapşırıb. Əlbəttdə ki, müftə olmamaqla. Məlumata görə statusun bir nəfər üçün qiyməti 500-1000 manat arasındadır. Qaynağımız iddia edir ki, orta hesabla götürülsə, rayon üzrə 1000-1200 nəfərə veteran statusu vermək planlaşdırılır. Əgər bu "biznes” baş tutsa, 1 milyon manatadək qazanc əldə olunacaq. Yediyarovun atdığı bu qanunazidd addım ilk növbədə dövlət büdcəsinə əlavə uzunmüddətli yük olacaq. Belə ki, dövlət veteran statusu almış bu adamları ömürlük müavinətlə təmin etməlidir. İkincisi sənədləri toplanan bu şəxslərin coxu işləyir və həmin şəxslərin gəlirləri vergidən yayınacaq. Ücüncü və ən əsası, bu cür məsələlərdə alver etmək minlərlə müharibə əlilini və iştirakçısını, şəhid ailələrini, bir sözlə xalqın mənəviyyatını təhqir etməkdir. Amma pulu hər şeydən üstün hesab edən, müharibə vaxtı hərbi xidmət yaşında olsa da, bir gün belə döyüşlərdə iştirak etməmiş birisi olaraq Yediyarovun düşüncəsi bu cür adi məntiqi qavramaqdan çox uzaqdır. Bu adamın vətən, millət anlayışına biganəliyi bir müddət əvvəl rayonun şəhidlər xiyabanına başqa abidələri köçürərkən də sübut olumuşdu. Lakin çox təəsüf ki, o zaman aidiyyatı dövlət orqanları bu miqyasda rəzalətə münasibət bildirmədilər. Ona görə də cəzasızlıqdan arxayınlaşan Yediyarov növbəti qanunsuzluğa cəsarət edib.
Məsələ ilə bağlı rayon sakinləri müvafiq strukturların rəhbərlərinə - Arzu Rəhimova, Səlim Müslümova, Zakir Həsənova, Zakir Qaralova və Fazil Məmmədova müraciət ünvanlayıblar. Həmin müraciətdə deyilir: "Yediyarovun əməllərinin qarşısını almağa cağırırıq. Bir də vergilər naziri Fazil Məmmədova müraciət edirik ki, hörmətli nazir, hamıya məlumdur ki, Yediyarov sizin kadrınızdır və bu gün də sizin himayəniz altındadır. Necə olur ki, vergidən yayınma adı altında xırda bir sahibkarı zəlil qoyaraq hətta cinayət işi başlamaqdan da çəkinmədiyiniz halda Yediyarovun yüzlərlə adama saxta yolla vergi imtiyazı verməsi kimi qanunsuz əməlinə göz yumursunuz. Nəzərinizə çatdırırıq ki, Yediyarov bu pulları rayonun abadlığına xərcləmək bəhanəsi ilə yığır və sizin tapşırığnızı yerinə yetirdiyini bildirir
bizimdovr.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər