Ağcabədidə vəzifə davası
5-04-2016, 12:41
Oxunub: 3 337
Şahin Məmmədov müavini Nayibə Mustafayevanı rayon Təhsil Şöbəsinə müdir təyin etdirmək istəyir
Ağcabədidə Təhsil Şöbəsinin müdiri postu uğrunda savaş başlayıb. Savaşa səbəb olan şəxs isə elə rayonun icra başçısı Şahin Məmmədovdur. Bu barədə JAM.AZ-a rayon İcra Hakimiyyətindəki mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Şahin Məmmədov özünün birinci müavini, biologiya müəllimliyindən bu posta gətirilən Nayibə Mustafayevanı Təhsil Şöbəsinə müdir təyin etdirmək istəyir. Hazırda bu vəzifədə əyləşən Mehdi Əhmədovun müəllim kimi, Ağcabədidə böyük nüfuzu olsa da, pensiya yaşının çatması səbəbindən işdən çıxarılacağı istisna edilmir. Hətta icra başçısı əksər toplantı və məclislərdə də açıq şəkildə bəyan edir ki, Mehdi Əhmədovun getmək vaxtı çatıb.
Verilən məlumata görə, icra başçısının istəyindən asılı olmayaraq, Təhsil Nazirliyi sözügedən şəxsin daha bir neçə il postunda qalmasına etiraz etmir. Qeyd edilir ki, Mehdi Əhmədovun yaxşı müəllim olması nazirlikdə də onunla bağlı müsbət fikrin yaranmasına səbəb olub. Bu isə Şahin Məmmədovun Nayibə Mustafayeva planını pozduğundan müəyyən addımlar atmaq istəyir.
Gələn son xəbərlərə görə, Nayibə Mustafayeva artıq bəzi məktəb direktorları ilə gizli danışağa gedərək, onlar vasitəsi ilə hazırkı Təhsil Şöbəsinin müdiri haqqında kompromat materiallar toplayır. Şöbə müdirliyini ələ keçirmək üçün ciddi cəhdlə hazırlaşan icra başçısının müavini artıq əlindəki bəzi faktları mətbuata ötürməyi düşünür.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər