BolgeXeber.Com » Xəbərlər » Ermənilər Ağdamda 1 nəfər mülkü şəxsi öldürüb, 4 nəfəri yaralayıb - Baş Prokurorluq
Ermənilər Ağdamda 1 nəfər mülkü şəxsi öldürüb, 4 nəfəri yaralayıb - Baş Prokurorluq
5-04-2016, 14:07
Oxunub: 3 603
Hər beş fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır
Ağdam rayon prokurorluğu və Polis Şöbəsi rayona ermənilərin vurduğu zərbələrlə bağlı birgə məlumat yayıblar.
Həmin məlumatı Bolgexeber.com-a verən Baş Prokurorluğun mətbuat xidmətindən bildirlib ki, Ağdam rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalıbdır:
"Belə ki, həmin tarixdə saat 16:00 radələrində rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş 3 ədəd mərminin partlaması nəticəsində kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir.
Saat 17:00 radələrində rayonun Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına düşmüş mərminin partlaması nəticəsində orada qoyun otaran kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu qəlpə yarası xəsarətləri alaraq hadisə yerində ölmüş, 30-a qədər qoyun-quzu tələf olmuşdur.
Rayonun Orta Qərvənd kəndinin ərazisinə atılmış mərminin partlaması nəticəsində kənd sakini, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu və 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.
Saat 20:00 radələrində rayonun Qaradağlı kəndinin ərazisində mərminin partlaması nəticəsində yanmış ev rayon dövlət yanğın mühafizə hissəsinin işçiləri tərəfindən söndürülərkən həmin yerə atılmış digər mərminin partlaması nəticəsində yanğını söndürən rayon dövlət yanğın mühafizə hissəsinin manqa komandiri, 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.
Rayonun Səfərli kəndinin ərazisinə düşmüş mərminin partlaması nəticəsində kənd sakini, 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir.
Hər beş fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər