BolgeXeber.Com » Xəbərlər » Ağsuya ayrılan maliyyə qeybə çəkilir? - Yeyinti ittihamı...

Ağsuya ayrılan maliyyə qeybə çəkilir? - Yeyinti ittihamı...

6-04-2016, 10:14
Oxunub: 2 549 Ağsuya ayrılan maliyyə qeybə çəkilir? - Yeyinti ittihamı...“Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur

Artıq neçə müddətdir ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bəzi Maliyyə idarələri rəhbərliyi tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallarla bağlı mövzular mətbuat səhifələrində öz aktuallığını saxlayır. Qəzetimizin ötən saylarında biz də dəfələrlə bu mövzuya müraciət etmiş, redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və bir neçə maliyyə idarəsinin fəaliyyətindəki cddi nöqsanlardan bəhs edən yazılar dərc etmişik.
Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti məlumatlarda ən ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri kimi də Ağsu rayon Maliyyə İdarəsinin adı çəkilir. Bildirilir ki, Ağsu rayon Maliyyə İdarəsində cərəyan edən özbaşınalıqlar bitib-tükənmək bilmir. Mənbənin sözlərinə görə, idarə müdiri Vaqif Hüseynov şəxsi maraqlarının təmin olunmasından ötrü dövlətin qanunlarını pozur və bu da rayon ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Qeyd edək ki, Vaqif Hüseynov bir müddət əvvəl İsmayıllı rayonu üzrə maliyyə idarəsinə rəhbərlik edirdi. Aldığımız açıqlamalarda isə, bu məmurun hər iki rayonda eyni vəzifədə fəaliyyəindən doğan narazılıqlardan bəhs edilir: “Maliyyə İdarəsinin rəhbəri İsmayıllı rayonunda fəaliyyət göstərdiyi vaxtlarda da bir sıra qanunsuz işlər həyata keçirib. Rayonun yerli idarə və təşkilatlarının rəhbərləri, habelə özəl müəssisələrin rəsmiləri onun yersiz yoxlamalarından usanmışdılar. Bu gün isə, Vaqif Hüseynov eyni qanun pozuntularını artıq Ağsuda həyata keçirir. Hətta rayon maliyyə idarəsinin keçmiş müdirinin bütün obyektləri də indi Vaqif Hüseynovun sərəncamına keçib...” Daha sonra bizimdovr.az-a tədim olunan açıqlamalarda bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Ağsu rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Həmçinin mənbə vurğulayır ki, Ağsu rayon Maliyyə İdarəsinin, konkret olaraq Vaqif Hüseynovun adı yerli-yersiz köçürmə əməliyyatları, idarə, müəssisə və təşkilatların üzərinə faiz qoyuluşu, öz məqsədi naminə pul köçürmələri, pulun kağız üzərində nəğdləşdirilməsi və digər bu kimi əməliyyatlarda hallanır: “Məmur bu vəzifəyə təyin olunduğu müddətdən bəri öz maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Hazırda Ağsuda barmaqla sayılası bir neçə imkanlı şəxs varsa, onlardan biri də maliyyənin müdiridir. Vaqif Hüseynov dövlət büdcəsindən Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin xərclənməsinə də obyektiv nəzarət etmir. Ümumiyyətlə, icra başçısının yaxın adamları tərəfindən idarə olunan və dövlət hesabına maliyyələşən qurumlarda yoxlama aparılmır. İdarə müdiri aylıq planı xırda və dayağı olmayan idarələrin hesabına ödəyir. Rayonun acınacaqlı vəziyyətə düşməsində bu insanın günahı böyükdür. Ağsunun maliyyə sistemi yaman durumdadır, rayona ayrılan büdcə vəsaitləri talanır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə əkilən hər bir hektar taxıla görə 40 manat subsidiya ayırıb. Hər il gec də olsa, subsidiyalar verilirdi. Ötən il də Maliyyə Nazirliyi həmin vəsaitləri köçürmüşdü. Ancaq subsidiyalar yoxa çıxıb. Vaqif Hüseynovun həyata keçirdiyi qanundan kənar işlər rayona baha başa gəlir ”.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.