BolgeXeber.Com » Xəbərlər » İcazəsiz beynəlxalq rabitə xidməti təşkil edən şəxslərin qanunsuz əməlləri ifşa edilidi
İcazəsiz beynəlxalq rabitə xidməti təşkil edən şəxslərin qanunsuz əməlləri ifşa edilidi
6-04-2016, 11:28
Oxunub: 3 113
İcazəsiz beynəlxalq rabitə xidməti təşkil edən şəxslərin qanunsuz əməlləri ifşa edilib
Baş Prokurorluğun Mətbuat Xidmətindən Bolgexeber.com-a verilən məlumatda bildirilir ki, icazəsiz beynəlxalq rabitə xidmətinin təşkilinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı xarici ölkə vətəndaşları Basit Abdul və İqbal Tanveerin həmyerliləri Tahir adlı şəxslə cinayət əlaqəsinə girərək paytaxtın Nərimanov rayonunda kirayə götürdükləri mənzildə quraşdırdıqları avadanlıqlardan istifadə edərək "Azərfon", "Azercell" və "Bakcell" MMC-lərə məxsus nömrələr vasitəsi ilə mobil operator şəbəkələrinə birtərəfli telefon danışıqları təşkil edən "SİMBOX" avadanlığı üzərindən "Xüsusi razılıq" (lisenziya) tələb olunduğu halda belə razılıq almadan beynəlxalq rabitə xidmətlərini təşkil etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq dövlətə külli miqdarda, yəni 7 min 500 manat məbləğində ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada "xüsusi razılıq" (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər