BolgeXeber.Com » Xəbərlər » Səmranın qalmaqallı geyimi yunan mətbuatında - VİDEO

Səmranın qalmaqallı geyimi yunan mətbuatında - VİDEO

6-04-2016, 12:35
Oxunub: 2 456 Səmranın qalmaqallı geyimi yunan mətbuatında - VİDEOXəbər verdiyimiz kimi, Azərbaycanı “Evrovision 2016” musiqi yarışmasında təmsil edəcək Səmra Rəhimlinin promo turlarına start verilib

“Qafqazinfo”nun məlumatına görə, Səmra Rəhimli Avropa turnesinə Rusiyanın paytaxtı Moskvadan başlayıb.
Bir neçə gün əvvəl “Miracle” mahnısı ilə Stokholmda çıxış edəcək müğənni Moskvada mətbuat konfransına qatılıb.

Yunanıstanın ən böyük “Showtime-cy” adlı bloqu Azərbaycan təmsilçisinin mətbuat konfransına geyindiyi paltarı sərt tənqid edib.

Xəbərdə qısa geyiminin qurbanı olan Səmranın məkana uyğun paltardan istifadə etmədiyi vurğulanıb.

Müğənni mətbuat konfransında təşkilatçılar tərəfindən ətəyinin düzəldilməsi barədə dəfələrlə xəbərdarlıq olunub. Ancaq Azərbaycan təmsilçisi ona ünvanlanan xəbərdarlığı başa düşməyib.

Konfrans təşkilatçılarının bir neçə dəfə Səmranı xəbərdar etməsi, mətbuat işçilərinin reaksiyası müğənninin ətəyini düzəltməsi ilə nəticələnib.