BolgeXeber.Com » Xəbərlər » Çempionlar Liqası: Ronaldu və İbrahimoviçin komandaları qalib gələ bilməyib - VİDEO
Çempionlar Liqası: Ronaldu və İbrahimoviçin komandaları qalib gələ bilməyib - VİDEO
7-04-2016, 09:47
Oxunub: 3 996
Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. "Report"un məlumatına görə, ikinci oyun günündə Fransa və Almaniyada təşkil olunmuş qarşılaşmalar məhsuldar alınıb
Artıq bir neçə tur öncədən ölkə çempionluğunu rəsmiləşdirmiş PSJ İngiltərənin "Mançester Siti" komandasını qəbul edib. Parisdəki "Park de Prens" stadionunda keçirilmiş qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqləniblər. Meydan sahiblərinin qollarından birini Zllatan İbrahimoviç vurub. Amma o, oyunun əvvəllərində penaltini dəqiq yerinə yetirə bilməyib.
Gecənin sensasiyası isə Almaniyada qeydə alınıb. "Volfsburq" doğma meydanda İspaniya "Real Madrid"inin qapısından 2 cavabsız top keçirib. İbrahimoviçdən fərqli olaraq, "canavarlar"ın futbolçusu Rikardo Rodriges oyunun əvvəllərindəki penaltidən dəqiq yararlanıb.
Çempionlar Liqası, 1/4 final
PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2
Qol: Zlatan İbrahimoviç, 41, Adrien Rabiot, 60 - Kevin de Bruyne, 38, Fernandinyo, 72 13-cü dəqiqədə Zlatan İbrahimoviç penaltini qaçırdı (qapıçı)
Baş hakim: Milorad Majiç (Serbiya) Paris. "Park de Prens"
"Volfsburq" - "Real Madrid" (İspaniya) - 2:0
Qollar: Rikardo Rodriges, 18-pen, Maksimilian Arnold, 25
Baş hakim: Canluka Rokki (İtaliya) Volsfburq. "Volksvagen Arena"
Qeyd edək ki, ilk oyun günündə "Barselona" evdə "Atletiko"nu 2:1, "Bavariya" isə "Benfika"nı 1:0 hesabı ilə məğlub edib. Cavab görüşləri 12-13 apreldə keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər