Söyüşcül sabiq başçı vəzifə arzusunda... - Belə deyirlər...
7-04-2016, 11:00
Oxunub: 3 649
Şikayətçilər qeyd edirlər ki, 54 yaşlı Səfərov Hümmət Nayfalı oğlu əsasən qardaşı Mahmud Quliyevin pulunun idarə edilməsi ilə məşğul olub
Bir müddət öncə işdən çıxarılan Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevin qardaşı Hümmət Səfərov sahibkarlara vurduğu ziyanı ödəməkdən boyun qaçırır. Redaksiyamıza daxil olan məlumata görə, H.Səfərov qardaşının və digər himayədarlarının əlaqələrindən istifadə edərək məsuliyyətdən boyun qaçırmağa çalışır.
H.Səfərov əsasən məcburi köçkünlərə məxsus olan obyektləri ələ keçirib. O, hətta sahibkarlardan birinə məxsus olan şadlıq sarayını 1 milyon manat qarşılığında alıb. Lakin vəd etdiyi pulun böyük hissəsini verməyib. Onun barəsində Xətai rayon Polis İdarəsində 177-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlansa da, heç bir tədbir görülməyib. H.Səfərov nəinki həbs edilməyib, barəsində başqa qətimkan tədbiri də seçilməyib.
Şikayətçilər qeyd edirlər ki, 54 yaşlı Səfərov Hümmət Nayfalı oğlu əsasən qardaşı Mahmud Quliyevin pulunun idarə edilməsi ilə məşğul olub. Bir neçə il ərzində Cəbrayıl rayonuna ayrılmış 14 milyon manata yaxın pulun böyük hissəsini mənimsəyən sabiq icra başçısı qardaşı vasitəsi ilə çoxsaylı obyektlər almağa çalışıb və həmin obyektlər arasında Xətai rayonu Telnov küçəsindəki şadlıq sarayı da olub. Hazırda qardaşlar bu obyekti 2 milyon manata satışa qoyub.
Digər məlumatda isə qeyd edilir ki, Mahmud Quliyev yenidən icra başçısı olmaq arzusundadır və buna görə bütün vasitələrə əl atır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər