Bakıda atasına 8 bıçaq zərbəsi vuran şəxs məhkəmə zalından azadlığa buraxılıb
7-04-2016, 11:39
Oxunub: 4 142
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Samid Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb
“Report”un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Hökmə əsasən ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. S.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayının 25-də gecə saat 23:00 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. 2000-ci il təvəllüdlü Samid Məmmədov atası Ağarəhim Rəhimovu bıçaqlayıb.
Belə ki, S.Məmmədov evə sərxoş vəziyyətdə gələn atası A.Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra sillə vurmasını qəbul etməyib. Buna əsəbiləşən S.Məmmədovla atası arasında münaqişə baş verib. Nəticədə o, mətbəx bıçağı ilə A.Rəhimovun bədəninə 8 bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. A.Rəhimova tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər