BolgeXeber.Com » Xəbərlər » Zakir Qaralov Ştefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Zakir Qaralov Ştefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

7-04-2016, 18:35
Oxunub: 1 946 Zakir Qaralov Ştefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübAprelin 7-də Baş prokuror Zakir Qaralov Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bolgexeber.com-un xəbərinə görə, baş prokuror Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normaları pozularaq 25 ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altında olan ərazilərdə bütün infrastruktur və mədəniyyət abidələrinin dağıdılması barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar və dünya dövlətləri işğal faktını təsdiqləyib, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi rəhbər tutularaq həll edilməsi, qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərarlar qəbul olunub.

Görüşdə aprelin 2-dən başlayaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni silahlı qüvvələrinin vəziyyəti gərginləşdirərək atəşkəs rejimini pozması nəticəsində Tərtər, Ağdam və Füzuli rayonları ərazində yaşayan mülki əhali arasında ilkilərin olması və dinc əhalinin yüzlərlə mülkiyyətinə ziyan vurulması barədə məlumat verilib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror, respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işləri xüsusi qeyd edib.

Ştefan Şennak ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib və məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu bildirib.