Azərbaycan Superkuboku ləğv edilir
8-04-2016, 09:51
Oxunub: 3 232
Futbol üzrə Azərbaycan Superkuboku ləğv edilir
Bolgexeber.com xəbər verir ki, Apasport.az saytının məlumatına görə, qarşıdakı bir neçə ildə Topaz Premyer Liqasının və ölkə kubokunun qalibləri arasında həlledici görüş keçirilməyəcək.
Peşəkar Futbol Liqası (PFL) son illərdə Superkubok matçını keçirməyə nə qədər çalışsa da, təqvimin sıxlığı, həmin ərəfələrdə komandaların avrokubokda iştirakı buna mane olurdu. Hətta ötən ilin qış fasiləsində bu görüşün Türkiyədə keçirilmək ehtimalı da müzakirə edilmişdi.
İndiki məqamda isə Superkubok oyununun baş tutmamağının səbəbi kimi maliyyə imkanlarının məhdudlaşdırılması göstərilir.
İlk dəfə 1993-cü il, fevralın 21-də keçirilmiş Azərbaycan Superkuboku bu vaxta qədər 4 dəfə sahibini tapıb. “Neftçi” 2 dəfə Superkuboku qazandığı halda, “Qarabağ” və “Xəzər Lənkəran” komandaları hərəyə 1 dəfə analoji uğura imza atıblar. Sadəcə, “Neftçi” və “Xəzər Lənkəran”dan fərqli, 1993-cü ildə “Qızıl dubl” etmiş “Qarabağ” oyun keçirmədən təşkilatçılar tərəfindən Superkubokla mükafatlandırılıb.
Qeyd edək ki, Superkubok görüşü sonuncu dəfə isə 2013-cü il, oktyabrın 23-də keçirilib. Naxçıvanda baş tutan həmin qarşılaşmada “Xəzər Lənkəran” “Neftçi”ni üstələyib – 2:1.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər