Özlərini jurnalist kimi təqdim edib şantaj etdilər
8-04-2016, 15:18
Oxunub: 3 731
Özlərini jurnalist kimi təqdim edib vətəndaşı ailə üzvləri barəsində rüsvayedici məlumatlar yaymaqla şantaj edən şəxslərlə bağlı cinayət işi açılıb
Bolgexeber.com qafqazinfo-ya istinadən bildirir ki, hadisə barədə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Mehman Həsənov Daxili İşlər Nazirliyinə müraciət edib.
O bildirib ki, 2015-ci ilin iyun ayından avqust ayınadək özlərini jurnalist kimi təqdim edən Cəlal və Kənan adlı şəxslər onu şantaj edərək pul alıblar. O qeyd edib ki, həmin şəxslər M.Həsənovun özü və ailəsi barədə rüsvayedici məlumatlar əldə etdiklərini deyiblər. Onlara pul verməyəcəyi təqdirdə bu məlumatları internet portallarında yayacaqları ilə hədələyiblər. Həmin şəxslər bu yolla M.Həsənovdan 1 200 manat alıblar.
Faktla bağlı Xətai RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər