BolgeXeber.Com » Xəbərlər » "Data Plus" müştərilərinə kələk gəlir? - İDDİA

"Data Plus" müştərilərinə kələk gəlir? - İDDİA

9-04-2016, 11:36
Oxunub: 2 453  "Data Plus" müştərilərinə kələk gəlir? - İDDİAHər gün üst-üstə abunəçilərindən 4-5 saat kəsən "Data Plus” ayın sonunda ən aşağısı 6-7 sutka udur. Bununla da dövlətə ödədiyi vergidən yayınır

Son günlər Qlobal.az-ın electron poçtuna "Data Plus” internet provayderinin müştərilərini aldatdığı barədə aramsız şikayətlər gəlməkdədir.

Ünvanlanan şikayətlərdə deyilir ki, əsasən Bakı ətrafı qəsəbələrdə "Data Plus” müştərilərini keyfiyyətli internetlə təmin edə bilmir. Belə ki, xəttlərdə tez-tez qırılmalar baş verir. Gün ərzində 3-4 dəfə 30-50 dəqiqəliyinə internet kəsilir. Hətta hərdən elə olur ki, internet 3-4 saatlığına verilmir.


Şikayətçilər deyir ki, yaranmış problemlə bağlı "Data Plus”un qaynar xəttinə zəng etdikdə isə problemi qəsəbələrdəki ATS qovşaqlarının üstünə atırlar.
Səxavət Hüseynov adlı şikayətçi isə hesab edir ki, "Data Plus” bunu düşünərək edir. Hər gün üst-üstə abunəçilərindən 4-5 saat kəsən "Data Plus” ayın sonunda ən aşağısı 6-7 sutka udur. Bununla da dövlətə ödədiyi vergidən yayınır.

Qeyd edək ki, əvvəllər də ölkədə fəaliyyət göstərən provayderlərin abunəçilərinə müqavilədə göstərilən sürətdən aşağı internet verdikləri haqda informasiyalar verilib. İnternet provayderləri aylıq 20 manata 8 meqabit/saniyə internet sürəti vəd edirlərsə, istifadə zamanı sürət aşağı olur. Abunəçilər bilərəkdən aldadılır.

Əksər avropa ölkələrində provayderlər internet xidməti təklif edərkən əvvəlcədən 1 ay və ya 40 gün sınaq müddəti verir. Abunəçi razı qalmadıqda ödəniş etmədən başqa provayderlərə müraciət edə bilir.

Azərbaycanda isə provayderdən narazı qalanlar xidmətdən imtina etdikdə bəzi problemlərlə qarşılaşırlar.

Qeyd edək ki, abunəçilər İnternet Provayderlərin müqavilədə göstərilən keyfiyyətlərə uyğun xidmət göstərmədikləri ilə qarşılaşsalar Rabitə və Yüksək Texnologiyalar, eləcə də İqtisadiyyat Nazirliklərinin nəzdindəki müvafiq idarələrə şikayət də edə bilərlər.
Bolgexeber.com