BolgeXeber.Com » Xəbərlər » Cavid Qurbanovun qardaşı nazirə meydan oxuyur…

Cavid Qurbanovun qardaşı nazirə meydan oxuyur…

11-04-2016, 12:02
Oxunub: 2 548 Cavid Qurbanovun qardaşı nazirə meydan oxuyur…Göründüyü kimi rəsmi statistika da Azərbaycanda əlillik dərəcələrinin qeydə alınmasında ciddi problemlər olduğunu əyani nümayiş etdirir

Azərbaycanda əlillərin problemlərindən çox yazılıb. Lakin əlillik dərəcələrinin verilməsi prosesində olan korrupsiya halları azalmaq bilmir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilk vaxtlarda ölkəmizdə fəaliyyət göstərən TSEK-lərin fəaliyyətini kəskin tənqid edərək, bu sahədə ciddi dönüş əldə edəcəyini bəyan edirdi. Bu fonda bir-neçə TSEK sədri Səlim Müslümovun kecirdiyi iclaslardan qovularaq, işdən çıxarıldı. Lakin Səlim Müslümovun səyləri heç br nəticə vermədi. Yenə də əvvəlki qaydada əlillik dərəcələrinin rüşvət müqabilində verilməsi halları var. Əhalinin şikayətləri də nəticəsiz qalmaqdadır. Məhz bunların fonunda Azərbaycanda saglam və əmək qabiliyyəti olan minlərlə adam əlillik dərəcəsi alaraq, dövlətdən təqaud alır. Amma həqiqi əlillər kasıb və yoxsul olması səbəbindən hələ də dövlətin qayğısından kənar qalıblar.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda əlilliyin statistik göstəriciləri inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. Belə ki, əhali nisbəti ilə götürsək, Azərbaycanda əlillər əhalinin 4,5 faizini təşkil edir. Amma dünyada, Avropada əlilliyin faizi 9-12 arasında dəyişir. Ancaq müharibə vəziyyətində olan Azərbaycanın təbiəti, ekoloji durumu, genetik faktorlar əlillərin sayının rəsmi statistikadan ən azı iki dəfə çox olmasını deməyə əsas verir. Səhiyyə xidmətləri bərbad vəziyyətdə olan Azərbaycanda əlilliyin səviyyəsininin Almaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrdən aşağı olmasını normal məntiqlə izah etmək çox çətindir. İqtisadiyyat üzrə alim olan hörmətli Səlim Müslümov yəqin bu sahədəki statistik rəqəmlərin dünya ölkələri ilə müqayisədə az olmasını bilməmiş deyil.
Göründüyü kimi rəsmi statistika da Azərbaycanda əlillik dərəcələrinin qeydə alınmasında ciddi problemlər olduğunu əyani nümayiş etdirir.
Səlim Müslümovun ötən ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyində etdiyi kadr dəyişikliyi də nəticə vermədi. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qardaşı İlqar Qurbanov gətirildi. AzToday.az-ın İlqar Qurbanovun bir illik faəliyyəti ilə bağlı apardığı araşdırmaları göstərdi ki, İlqar Qurbanovun fəaliyyəti nazir Səlim Müslümovu da qane etmir. Belə ki, Səlim Müslümovun keçən ilin sonlarında bölgələrə əlillik dərəcələrinin verilməsi üçün səyyar həkim qruplarının ezam etdirməsi də bundan xəbər verirdi.
Mənbənin sözlərinə görə, Səlim Müslümov Cavid Qurbanovun qardaşının işindən çox narazıdır.
İlqar Qurbanovun rəhbərlik etdiyi TSEK-lərdə baş verən qanunsuzluqlarla bağlı, habelə Səlim Müslümovla Cavid Qurbanovun qardaşı arasında yaşananlarla bağlı AzToday.az-a daxil olan məlumatlara qarşı tərəfdən münasibət öyrənməklə təqdim edəcəyik.