BolgeXeber.Com » Xəbərlər » Abıyevlə Çovdarovun müdhiş işbirliyi - Təfsilat

Abıyevlə Çovdarovun müdhiş işbirliyi - Təfsilat

12-04-2016, 19:42
Oxunub: 2 530 Abıyevlə Çovdarovun müdhiş işbirliyi - TəfsilatƏhəd Abıyevin Akif Çovdarovla işbirliyi


Miq.az-a daxil olan məlumata görə, coğrafi cəhətdən gözəl olan Daşkəsən gözdən uzaq olduğu kimi, könüldən də uzaqdır. Məhz bu uzaqlığın nəticəsidir ki, Daşkəsən rayonunun bütün qəsəbə və kəndlərində acınacaqlı vəziyyət hökm sqrür, insanları isə səfalət içərisində yaşayırlar.

Yerli idarə və müəssisə rəhbərlərinin vətəndaşlarla qeyri-mülayim davranışını da bura əlavə etsək, ortalığa çox dəhşətli mənzərə çıxır. Əlbəttə ki, Daşkəsəndə məmur özbaşınalığının baş alıb getməsində, rayonun qəsəbə və kəndlərinin bərbad hala düşməsində əsas səbəbkar kimi icra başçısı Əhəd Abıyev göstərilir.

Əhəd Abıyevin başçı təyin olunduğu ilk gündən yarıtmaz fəaliyyətinin nəticəsi həm rayonun simasının zədələnməsinə səbəb oldu, həm də sakinlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qaldılar. Bütün bunlar azmış kimi, Əhəd Abıyev Daşkəsən icra başçısı təyin olunduğu il daha ciddi siyasi səhvlərə də yol verdi.

Bəs əslində kimdir Əhəd Abıyev?

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əmək fəaliyyətinə fəhləlikdən başlamışdır. İqtisadçı kimi ali təhsil alan Abıyev sonradan hüquq ixtisasına da yiyələnmişdir. Bir çox müəyyən vəzifələrdə çalışan Əhəd Abıyev işgüzar şəxs kimi tanınmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Daşkəsən RİH-nə başçı təyin olunduğu müddətdən 5 il keçib.

5 illik fəaliyyət, yoxsa "fəaliyyət”?

Ötən 5 il ərzində Əhəd müəllim Daşkəsən rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində ciddi bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib.
Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb. Məsələn, deyilənə görə, Masallı rayonunda, Gəncə və Bakı şəhərlərində Əhəd Abıyevə məxsus onlarla ticarət və iaşə obyektləri var. Növbəti yazıda bunu şəkillərlə və daha geniş faktlarla diqqətinizə çatdıracağıq.

Əlbəttə ki, Əhəd Abıyev iddia edə bilər ki, həmin obyektlər onun adına deyil. Amma bu cənab başçının biznes fəaliyyəti ilə məşğul olmadığı anlamına gəlmir. Cəmiyyətin əksər üzvləri bilir ki, Əhəd Abıyev icra hakimiyyəti strukturlarında işləməmişdən əvvəl Milli Məclisdə təmsil olunarkən ölkə qanunvericiliyinə zidd olsa da, aktiv biznes fəaliyyəti ilə də məşğul olub. İndi isə Əhəd Abıyev Daşkəsən rayonuna və onun qəsəbələrinə, kəndlərinə rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır. Bəlkə də…

Əhəd Abıyevin adı torpaq alverində tez-tez hallandırılır

İcra başçısı Daşkəsəndəki bütün daş karxanaların sahiblərindən, rayonda yerləşən istirahət mərkəzlərindən, dövlət müəssisə və idarələrindən hər ay "haqq” alır. Daşkəsənlilər isə səfalət içində yaşayır.
Bu rayonda işsizlikdən insanlar baş götürüb qaçırlar. Rayonun yüksək vəzifələrinin əksəriyyətində qonşu rayonların adamları yerləşdirilib. Başçı təyin olunduğu ilk gündən Ə.Abıyev bu rayonun yerli insanlarına sözün əsl mənasında divan tutmaqla məşğuldu. Ölkədə baş verən devalvasiyadan sonra daşkəsənlilərin maddi vəziyyəti daha da çətinləşib. Əhəd Abıyevin isə başı biznesinə qarışıb.

Xəyanətkar general Akif Çovdarovu bir daha tanıyaq

Ötən 2015-ci ilin ən qalmaqallı hadisəsi keçmiş MTN-nin rəhbərliyinin uzun illərdən bəri etdikləri saysız- hesabsiz cinayətlərin üstünün açılması oldu. 11 il respublikanın MTN naziri olmuş Eldar Mahmudov və onun cinayətkar komandası tərəfindən ölkədə nə qədər gizli qətllər, reketliklər baş verdi. Həmçinin həmin cinayətkar qrup tərəfindən dövlətin bəzi nazirlikləri "hesaba otuzdurulub”, ölkənin iri sahibkarlarının milyardlarla pulu talan edilib.

Bu cinayətkar şəbəkənin ən başında keçmiş MTN naziri Eldar Mahmudovla bərabər o vaxt MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov dururdu.

Qeyd edək ki, bu cinayətkar əməllərinə görə, ötən ilin noyabr ayında general- mayor Akif Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Səbayel rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edildi. İstintaq prosesi hələ də davam etdirilir.

Bəs Əhəd Abıyevlə Ziya Məmmədovu nə birləşdirir?

Məqalənin girişində də qeyd etdiyimiz kimi, araşdırmamız nəticəsində ilginc detallarla rastlandıq. Qeyd edək ki, Əhəd Abıyev uzun müddət MM-də deputat kimi fəaliyyət göstərib. Deputatlıq fəaliyyəti müddətində bir çox qalmaqallarla gündəmə gəlib.

Uzun illər respublikanın nəqliyyat nazirliyinə rəhbərlik edən, dövlət büdcəsindən nazirliyə ayrılan milyardlarla vəsaitin hesabına özünə böyük biznes imperiyası quran Ziya Məmmədovla Əhəd Abıyev qudadırlar. Keçmiş MTN-nin əməkdaşı olmuş Əhəd Abıyevin qardaşı oğlu Heydər Abıyev Ziya Məmmədovun bacısı qızının həyat yoldaşıdır.

Qeyd edək ki, Heydər Abıyev bu ilin fevral ayının sonunda ölkə rəhbərinin sərəncamı ilə keçmiş MTN-nin nəzdində yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin sədri general-leytenant Mədət Quliyev tərəfindən sistemdən uzaqlaşdırıldı. Onu da diqqətinizə çatdıraq ki, sistemdən uzaqlaşdırılan vaxt Heydər Abıyev kifayət qədər ciddi vəzifədə- MTN-nin Quba rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Deyilənlərə görə, Heydər Abıyevin sistemdən uzaqlaşdırılmasına səbəb DTX-nin apardığı araşdırmalar nəticəsində qərar verilib. Belə ki, uzun illərdən bəri hərisliklə ölkənin baş naziri vəzifəsinə göz dikən, bunu hər yerdə müəyyən insanların diqqətinə çatdıran, hətta dövlətin ən yuxari ali təbəqəsində təmsil alunan möhtərəm insanlara media savaşı açan Ziya Məmmədovun kürəkəni olmasıdır.

Onu da qeyd edək ki, Ziya Məmmədovun bu siyasi iddiasından sonra hakimiyyət onu yerində oturtmağı bacardı. Ziya Məmmədovun qardaşı Elton Məmmədova Milli Məclisə seçkilər ərəfəsində siyasi dəstək vermədi və beləliklə, onlar parlamentdən kənarda qaldılar. Bunda başqa, Ziya Məmmədovun "yem yerinə” çevrilmiş Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətləri əlindən alındı. Hal-hazırda demək olar ki, siyasi iddialı Ziya Məmmədov siyasi cəhətdən tam "zərərsizləşdirilib”. Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, keçmiş MTN-nin əməkdaşı olan Heydər Abıyev Ziya Məmmədovun siyasi iddialarına "qurban” gedib. Ancaq...

Əhəd Abıyevin Akif Çovdarovla işbirliyi

Keçmiş MTN-nin "cəlladı” olmuş general Akif Çovdarov böyük sahibkarlarla yanaşı, bəzi nazirləri (Əsasən Ziya Məmmədovla, sabiq nazir Əli Abbasov nəzərdə tutulur), Komitə rəhbərlərini, idarə və müəssisə rəhbərlərini habelə bəzi RİH-nin başçıları ilə "işbirliyində” olmuşdur. Bu cür icra başçılarından biri də Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevdi. Taladığı iş adamlarının pulları hesabına nəhəng biznesə sahib olan Akif Çovdarovun həm də böyük qoyun sürüləri olub.

Məlumata görə, Daşkəsən yaylaqlarında otlayan ən iri qoyun sürüləri Akif Çovdarovun yaxın ətrafının olub. Əhəd Abıyev Akif Çovdarovun göstərişinə görə yerli camaatı bu yaylaqlara həsrət qoymuşdur.

Əhəd Abıyevin Akif Çovdarova göstərdiyi bu xidmətlərinə görə, qardaşı oğlu Heydər Abıyev MTN-nin strukturlarına işə qəbul olunmuşdur. Araşdırdıqca daha ilginc detalların ortaya çıxmağını nəzərə alıb Əhəd Abıyev- Akif Çovdarov konteksində araşdırmalarımızı davam etdirdik. Və dəhşətli məqam ortaya çıxdı...

Əhəd Abıyevin bacarıqsızlığı, yoxsa Akif Çovdarovun göstərişi

Qeyd edək ki, Akif Çovdarov quldurluqla yanaşı həm də dövləti cinayətlərdə ittiham olunur. Onun dövlətimizin siyasi ali elitasında təmsil olunan insanları media orqanarında nüfuzdan saldırmağı haqqında geniş məlumatlar var. Bildirilir ki, etdiyi bu cinayətlərdə Akif Çovdarov bütün sifarişləri Eldar Mahmudovdan alıb.

Məqsəd isə Eldar Mahmudovun əvvəl baş nazir, sonra isə dövlət başına gətirilməsiymiş. Belə ki, hətta bəzi yemək-içmək məclislərində Akif Çovdarov özünü unudaraq ölkənin gələcək baş nazirinin - Eldar Mahmudovun sağlığına badələr qaldırırmış. Deyilənə görə, bu cür məclislərin bəzilərində Əhəd Abıyev də iştirakçı olmuşdur. Bəzi məqamlarda isə Əhəd Abıyev Akif Çovdarova ciddi dəstək vermişdir. Bu dəstəklərdən birini - Çovdar qızıl mədəni məsələsini yuxarıda qeyd etdik.

Məsələyə digər yandan baxanda məlum olur ki, Akif Çovdarovla Əhəd Abıyevi birləşdirən ən ayrılmaz tel Abıyevin qardaşı oğlu Heydər Abıyev olmuşdur. Keçmiş MTN-də çalışan qardaşoğlu yəqin ki, RİH başçısı əmisindən tabeçiliyində olduğu generala, generaldan isə əmisinə informasiya daşıyırmış.

Məsələ ilə bağlı Əhəd Abıyevlə əlaqə saxlmağa çalışdıq. İcra başçısının köməkçisi Pərviz Rəhimli iddialara sadəcə, "həqiqətəuyğun deyil", - deyə münasibət bildirdi.