"Abid Şərifov niyə bizimlə maraqlanmır? Gərək bina uçsun?" - FOTOLAR
13-04-2016, 13:13
Oxunub: 2 098
"Bina hər an uça bilər. Axı, niyə başa düşmürlər ki, bu bina qəzalıdır?"
Ərazinin deputatı deyir ki, binanın uçması bu gün- sabah məsələsi deyil
Martın 28-də Cavanşir küçəsi, 10 ünvanında yerləşən qəzalı yataqxana binasının 3-cü mərtəbəsindəki mətbəx uçandan, burada yaşayan 90 ailə səbirsizliklə köçürüləcəyini gözləyirdi.
Yerli icra hakimiyyəti, mənzil istismar sahəsinin nümayəndələri gəlib onlara demişdi ki, “çox yox, uzağı bir-iki günə köçəcəksiniz”.
Sakinlər deyir ki, “o köçən köçürük, hələ də hər an uçmaq təhlükəsi olan binada yaşayırıq”. Təhlükəli olduğuna görə, bir neçə gündür binanın qazı da kəsilib...
İcra nümayəndəsi yerində yoxdur
Sakinlər deyir ki, onlara ən çox vəd verən Xətai rayon icra hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Zaməddin Əkbərov olub. Gün ərzində onunla əlaqə saxlamaq istəsək də, hər dəfə köməkçisi şöbə müdirinin yerində olmadığını bildirdi.
Baş nazirin müavini Abid Şərifov isə dəstəyi götürsə də, danışmaq imkanının olmadığını söylədi.
Ərazinin deputatı: “Heç kim istəməz ki, ərazidə problem olsun”
Qəzalı yataqxananın yerləşdiyi ərazidən deputat seçilmiş Fuad Muradov bildirir ki, yataqxana sakinlərinin vəziyyəti ilə tanışdır, binanın qəzalı vəziyyətdə olduğunu bilir:
“Uçmaq bu gün- sabah məsələsi deyil, amma Fövqəladə Hallar Nazirlyinin də binanın qəzalı olması haqqında rəyi var. Biz də o rəyə əsaslanırıq. Dövlətin həyata keçirdiyi köçürülmə siyasətinə uyğun olaraq bu məsələ gündəmdədir. Yerli icra strukturlarının nümayəndələri çalışırlar ki, böyük bir qəza- filan baş verməsin. Bu proses artıq başlayıb. Heç kim istəməz ki, ərazidə hər hansı problemlər yaransın. Amma bina həqiqətən də qəzalıdır. O binada olmuşam. Bununla bağlı Abid Şərifovla söhbətim olub, ölkənin baş nazirinə məktub ünvanlanıb. İcra hakimiyyətinin başçısı ilə də görüşmüşəm, o özü də həmin binada olub. İnanıram ki, yaxın bir zamanda bu məsələ həllini tapacaq”.
Fuad Muradov deyir ki, plana uyğun olaraq sakinlərə ya kompensasiya veriləcək, ya da başqa yerə köçürüləcəklər.
Polis də gedib
Martın 28-də bu yataqxanada mətbəx uçandan sonra bir neçə gün binaya, nədənsə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deyil, polis işçiləri nəzarət etdi. Ancaq indi burada heç polis də gözə dəymir.


Çox Oxunanlar
- 1-09-2023, 13:35 : Kəlbəcərdə atışma davam edir - Rəsmi
Xəbərlər / Ölkə
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 26-08-2023, 18:12 : Naxçıvanda fəhlə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 2-09-2023, 18:00 : Sabirabadda 3 otaqlı ev yandı
Sosial / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 4-09-2023, 18:51 : İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Bölgə / Xəbərlər
- 25-08-2023, 17:04 : Ərəblərin fantastik təklifini rədd edən Lukaku bu klubu seçdi
İdman / Xəbərlər