Ana Vətən Partiyası Masallı rayon təşkilatı Şurasının iclası keçirilmişdir
14-04-2016, 11:51
Oxunub: 3 908
Ana Vətən Partiyası Masallı rayon təşkilatı Şurasının növbəti iclası keçirilmişdir
İclasda ilk olaraq 2-5 aprel tarixilərində təmas xəttindəki qarşıdurmada torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan hərbçilərimizin əziz xatirəsi anılmış və onların ruhuna dualar oxunmuşdur.
İlk olaraq rayon təşkilatının sədri Azad Əhmədov çıxış edərək bildirmişdir ki, aprelin 1-dən 2-nə keçən gecə son 23 illik hərbi tariximizdə Azərbaycan üçün ən yadda qalan gününə çevrildi. Həmin gün nəinki Azərbaycan xalqının, hətta aparıcı dünya dövlətlərinin, beynəlxlaq nüfuzlu təşkilatların diqqəti də Qarabağ cəbhəsində baş verən döyüşlərə yönəlmişdi. Azərbaycan dövləti gözlənildiyindən də artıq şəkildə dünya dövlətlərinin onun haqlı mövqeyini müdafiə etdiyinin şahidi oldu.
Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu yalnız cəbhədə hərbi qələbə və bir neçə yüksəkliklərin götürlməsi ilə bağlı məsələ deyil. Bu özü-özlüyündə çox vacib və əhəmiyyətli bir məsələdir. Ona görə ki, ordumuz üstünlüyü əldə edib və ruh yüksəkliyi göz qabağındadır. Ermənistan ordusunun nə dərəcədə zəif və müqavimət göstərmək imkanına malik olmadığını göstərdi.Bu məsələnin hərbi tərəfidir.Bunun ən böyük siyasi tərəfləri də var.
Tədbirdə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi regionun tarixinə, coğrafiyasına, demoqrafik faktlara əsaslandığını qeyd edərək ölkəmizin beynəlxalq birlik tərəfindən qəbul edilmiş normalar çərçivəsində özünü çox məsuliyyətli apardığı vurğulandı.
Kənd ağsaqqallları, partiya fəalları ölkə başçısının məlum hadisələrlə bağlı çıxışından razı qaldıqlarını və qısa müddət ərzində Torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əmin olduqlarını bildirmişlər.
Sonda partiya təşkilatında keçirilən yığıncaqda bir qrup gəncin partiya sıralarına qəbul edilməsi ilə bağlı müvafiq qərar qəbul edildi və Bir qrup yeni qəbul olunmuş üzvlərə isə üzvlük vəsiqələri təqdim olundu.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər