Cahangir Əsgərov Gürcüstanda 155 otaqlı otel tikdirib
14-04-2016, 13:29
Oxunub: 4 180
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Gürcüstanın Batumi şəhərində otel inşa etdirib
“Qazelli” adlanan oteli Türkiyənin inşaat şirkəti ərsəyə gətirb.
Bu barədə Qaynar.info-ya qonşu ölkədəki mənbələrdən məlum olub. Məlumata görə, otel təxminən 35 milyon dollara başa gəlib. 155 otağı olan otel 4 ulduzludur. Yaxın vaxtlarda otelin təntənəli açılış mərasiminin baş tutacağı gözlənilir.
Qeyd edək ki, “Qazelli” AZAL prezidentinin ailə üzvlərinə məxsus brenddir. Azərbaycanın yerli kosmetika məhsulları bazarının aparıcı firması olan və 1999-cu ildə yaradılan “Qazelli”yə Əsgərovun xanımı Zərifə Həmzəyeva rəhbərlik edir.
Əldə etdiyimiz məlumata görə, hazırda bu firma fəaliyyət sahələrini xeyli genişləndirib və faktiki olaraq holdinqə - “Gazelli Group”a çevrilib. “Azərbaycanda parfümeriya və kosmetika istehsalı ilə məşğul olan ilk şirkət” ünvanını daşıyan qrupa daxil olan şirkətlər artıq bir çox başqa sahələrdə, o cümlədən, turizm və otelçilikdə də irimiqyaslı işlərlə məşğuldur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər