Yol polisləri daha çox cərimə yazmaq uğrunda yarışacaqlar
15-04-2016, 11:18
Oxunub: 2 404
Hansı yol polisi əməkdaşı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazarsa, ona mükafat veriləcək
Bunu Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Bölmə rəisinin sözlərinə görə, Bakı şəhər Yol Polisi İdarəsi "Azadinform" İnformasiya Agentliyi və "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatı ilə birgə növbəti layihəyə start verib:
"Bu gün paytaxt yollarından sürücülük mədəniyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda yollardakı tıxaclar, qanunsuz parklamalar, sürət həddinin aşılması və s. yol hərəkəti qaydalarının pozulması ilə bağlı problemlər bütün cəmiyyəti narahat edir. Ona görə də layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtın inzibati ərazisində dayanma-durma və parklama qaydalarını pozan sürücülərə qarşı reydlər keçirəcək. May ayının 29-dək xidmət etdiyi ərazidə dayanma-durma və parklama qaydaları ilə bağlı maarifləndirmə işində fəal iştirak edən, eyni zamandan bu qaydaların pozulması ilə bağlı ən çox protokol yazan, eyni zamanda həmin protokollardan şikayət edilməyən yol polisi əməkdaşına 300 manat mükafat verləcək".
V.Əsədovun sözlərinə görə, DYP əməkdaşlarının mükafatlandırılması mərasimi may ayının 29-da Beynəlxlaq Mətbuat Mərkəzində keçiriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər