BolgeXeber.Com » Xəbərlər » "Azərişıq" ASC –nin üz qarası

"Azərişıq" ASC –nin üz qarası

22-04-2016, 15:59
Oxunub: 3 108 Redaksiyamıza daxil olmuş məlumatda Azərişıq ASC-nin Qaradağ rayan enerji satışı şöbəsinin müdiri Canəhməd Əhmədovun istehlakçılara enerji satışındakı maxinasiyasından bəhs olunur.Belə ki,o,Qardağ rayonunda yerləşən böyük ticarət obyektlərinin və istehsal müəssisələrinin yerləşməsindən məharətlə istifadə etmişdir.Onun “ Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin yaxın adamı olduğu da bildirilir. Mənbə qeyd edir ki , o “Azərişıq”-da yüksək post tutan məmurlardan birini də özünə hmayəçi tutmağa nail olmuşdur.Binə , Sədərək və Meyvəli kimi iri ticarət obyektlərinə enerji satışındakı maxinasiyalardan külli miqdarda vəsait əldə etməsi xüsusilə vurğulanır .Bu vəsaitin müəyyən hissəsinin öz himayədarlarının buğlarını yağlamağa sərf edən Canəhməd Əhmədovun əyləşdiyi kreslosunu daha da möhkəmləndirdiyi iddia olunur. Əks halda onun bu vəzifədə qalması çox möcüzəli görünərdi. Əyləşdiyi kresloda saqqız çeynəyərək abonentləri təhqiramiz ifadələrlə qarşılamaq, artıq onda vərdiş halına keçmişdir.Onun doğulduğu Qusar rayonunda bir neçə obyekti var ki,”KARVAN” motel-restoran şəbəkəsi də bunlardan biridir.Yerli sakinlərin dediyinə görə bu obyekt təyinatı üzrə deyil, priton kimi də fəaliyyət göstərir.C.Əhmədovun eyni zamanda Bakıda da bir neçə mulkə sahib olduğu bildirilir.Özünü və bütün ailə üzvülərini bahalı maşınlarla təmin edən məmurun aylıq məvaciblə bütün bunlara nail olması absurddur.Aidiyatı qurumların məsələyə müdaxiləsi vacibdir.

Mövzuya qayıdacağıq.


Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
yenimeydan.info