BolgeXeber.Com » Xəbərlər » İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO

İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO

23-04-2016, 09:41
Oxunub: 2 510 İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO“Sovetski”də M.Fətəli küçəsi 45 ünvanında yaşayan, mənzili tarixi-arxitektur binada olan Faiq Əliyev Yasamal Rayon icra başçısının təzyiqi ilə üz-üzə qalıb

Bir neçə gün öncə icra başçısı “Azərsu” ASC-nin əməkdaşlarını göndərərək, Faiq Əliyevin yaşadığı binanın suyunu kəsmək istəyib. Lakin bina sakinləri onlara qanunsuz iş icra etdiklərini, heç bir qanuni əsaslarının olmadığını bildirib və suyu kəsməyə gələnlər ərazidən uzaqlaşıb.

Bununla bağlı musavat.com-a şikayət edən Faiq Əliyev icra başçısı İbrahim Mehdiyevin onu müxtəlif yollarla mənzilindən çıxarmağa çalışdığını bildirdi: “Heç bir kommunal borcum yoxdur. İşlətdiyim suyun da pulunu ödəyirəm. Buna baxmayaraq, icra başçısının göstərişi ilə suyumu və qazımı kəsmək istəyirdilər. Onlara hər hansı bir sənəd və ya məhkəmənin qərarı olmadan suyumu kəsməyə ixtiyarlarının olmadığını bildirdim. Dedilər ki, bunu icra başçısının əmri ilə icra edirlər. Aprelin 13-də icra başçısı, polislərlə birgə gəlmişdi. Mənə bildirdi ki, 5 gün ərzində binanı tərk etməlisən. Hansı əsasla icra başçısı mənimlə belə rəftar edir? Nə üçün dədə-baba evimdən çıxmalıyam?”

Şikayətçi onun mənzilinə görə təklif edilən kompensasiyanın da düzgün hesablanmadığını dedi: “Mənzilimin dəyəri 448 min manat olduğu halda, cəmi 207 min manat kompensasiya vermək niyyətindədirlər. Özünün Maliyyə Nazirliyinin nümayəndəsi kimi təqdim edən Cavanşir adlı şəxs 207 min manat veriləcəyini bildirdi. Soruşdum ki, həmin məbləği nəyin əsasında yazırsan? Mənim mənzilim 220 kvadratmetrdən çoxdur. Kvadratını 1500 manatdan hesablayanda çox edir. Ölkə başçısının 2007-ci ilin 7 dekabr tarixində qərarı da var. Həmin qərarda yazılıb ki, dövlət ehtiyacı üçün alınan torpaqlara 20% əlavə kompensasiya olmalıdır. Üstəgəl torpaqların alınması ilə bağlı maddə var. 66.4-cü maddədə qeyd olunub ki, şəxs mənzilində 10 ildən artıq yaşayıbsa 10% əlavə olunur. Ümumilikdə mənzilin ölçüsü, üstəgəl də 30 faiz əlavə ödəniş olmalıdır. Bu isə 448 min manat edir. Bunun qarşılığında mənə 207 min manat verib, evi tərk etməyimi tələb edilər. Mən hər şeyi qanun çərçivəsində tələb edirəm. Suyumu, işığımı, qazımı kəssələr də, ailəmi qohumumgilə köçürüb, özüm burada qalacağam”.

Ətrafda yaşayan sakinlər isə deyir ki, bu binada icra başçısı İbrahim Mehdiyevin gözü var: “Bu bina 1895-ci ilin binası olduğuna görə tarixi binaların siyahısındadır. Gözəl tikiliş üslubu və əzəməti ilə bir çox arxitektur binalardan seçilir. Bildiyimizə görə, tarixini 1905-ci ilə qeyd ediblər. Ancaq binanın yaşı daha çoxdur. Çox güman ki, bu bina sökülməyəcək. Mədəniyyət naziri Əbülfəz Qarayev də şəxsən bina ilə tanış olanda bunu demişdi. Ancaq icra başçısı görünür, bununla barışmaq niyyətində deyil. Düşünürük ki, onun bu binada gözü var. Bu səbəbdən də mənzil sahibini bezdirib, çıxartmaq istəyir. Heç bir səbəb olmadan niyə vətəndaşın suyunu, qazını kəsmək istəsinlər, ki?”

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO
İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO
İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO
İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO
İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO
İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO
İbrahim Mehtiyev vətəndaşı bezdirib, evindən çıxartmağa çalışır - FOTO/VİDEO