BolgeXeber.Com » Xəbərlər » Bərdədə narkomaniyaya qarşı mübarizə yolları müzakirə olunub

Bərdədə narkomaniyaya qarşı mübarizə yolları müzakirə olunub

23-04-2016, 20:32
Oxunub: 2 323 Bərdədə narkomaniyaya qarşı mübarizə yolları müzakirə olunubDiskusiya şəklində keçən tədbirdə iştirakçılar da fəallıq göstərdilər

Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Regionlardakı əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. Bütün bunları nəzərə alaraq 22.04.2016-cı il tarixdə Bərdə Turizm İnformasiya Mərkəzində “Narkomaniyaya Yox Deyək” devizi altında dəyirmi masa təşkil olundu. Tədbiri giriş sözü ilə açan Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov son vaxtlar ordumuzun düşmənə layiqli cavab vermələrindən, qəhrəman oğullarımızın fədakarlıqlarından ətraflı söz açdı və şəhid olan qəhrəman vətən oğullarının xatirəsi bir dəfqiqəlik sükutla yad edildi. Daha sonra Bərdə rayon Polis Şöbəsinin Narkomaniya ilə mübarizə qrupunun rəhbəri polis mayoru Elçin Talıbov respublikamızda və rayonumuzda narkomaniyaya qarşı mübarizədən və onun nəticələrindən danışaraq hələdə cəmiyyətimiz üçün böyük bir bəla olduğunu vurğuladı. Gənc nəslimizə belə təbliğat işlərinin daha çox aparılmasının vacibliyini bildirdi. Tədbirdə iştirak edən Bərdə şəhər Poliklinkasının həkimi narkoloq Xudaverdiyev Gündüz isə bu bəlanın insan səhhətinə vurduğu ziyanlardan, fəsadlardan və gələcək üçün çox pis nəticələr verdiyinindən ətraflı çıxış etdi.

Bərdə Rəsm Qalareyasının direktor əvəzi Səbuhi Qasımov isə çıxışında gəncləri narkomaniya ilə mübarizəyə səsləyərək bu yolda birlik nümayiş etdirməyə və ətraflarında olan insanları düzgün marifləndirməyə çağırdı.

Daha sonra çıxış edən Bərdə Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Əhliyyət Əliyev isə öz çıxışında dünyada aparılan narkomaniyaya qarşı mübarizədən danışaraq bu barədə qəbul edilmiş qərar və qətnamələri iştirakçıların diqqətinə çatırdı.

Diskusiya şəklində davam edən tədbirdə iştirakçılar da fəallıq göstərdilər. Beləki Bərdə İdarəetmə və Texnologiya kollecinin məsləhətçisi – kənd təssərüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev gənclərə bir daha müraciət edərək onların bu yoldan cəkilmələrini tövsiyyə etdi.

İştirakçıların və gənc nəslin daha çox maarifləndirilməsi üçün Bərə rayon Mədəniyyət və Turizm şöbəsinin, Bərdə Turizm İnformasiya Mərkəzinin və Bərdə rayon Gənc Mədəniyyət işçilərinin Koordinasiya Kreativ qrupu üzvlərinin birgə hazırladıqları jurnal iştirakçılara paylanıldı.
Bolgexeber.com
Bərdədə narkomaniyaya qarşı mübarizə yolları müzakirə olunub