Ziya Məmmədov villasını satdı – FOTOLAR
25-04-2016, 12:13
Oxunub: 4 146
Son aylar hakimiyyətdaxili savaşda rəqiblərinə ciddi mənada uduzaraq nüfuzunu itirən Nəqliyyat naziri Ziya Məmmədov Quba rayonu ərazisində yerləşən dillərə dastan olan villasını satmağa müəssər olub
24saat.org xəbər verir ki, Qubanın Qızıl Qazma kəndi ərazisində yerləşən həmin villanın ərazisində Ziya Məmmədovdan başqa, oğlu və qızının da adına tikilmiş möhtəşəm malikanələr olub. Məlumat üçün bildirək ki, sözügedən dağlıq ərazidə ölkə başçısı İlham Əliyevin qonaq evi ilə yanaşı, Bəylər Əyyubov, Artur Rəsizadə, Kəmaləddin Heydərov və Ramiz Mehdiyev kimi önəmli fiqurların da villaları yerləşir. İddiaya görə, həmin villaları “Akkord” şirkəti məlum şəxslərə hədiyyə olaraq inşa edib.
Əldə etdiyimiz məlumata görə, Ziya Məmmədovun vurulma prosesi başlanan zaman nazirin ilk atdığı addımlardan biri sözügedən villanı satışa çıxarmaq olub. Bizə verilən məlumatda o da bildirilir ki, yaxın günlərdə Ziya Məmmədov həmin ərazidə yerləşən villalarından birini satmağa müəssər olub.
Lakin məlumdir ki, hakimiyyətin ən önəmli güclərinin arasında bölüşdürülmüş dağda villa almaq sıradan birinin işi deyil. 24saat.org olaraq həmin şəxsin kimliyini dəqiqləşdirə bilməsək də, məlumumuz olub ki, Məmmədovun villasını alan şəxs yaxın aylarda prezident İlham Əliyev tərəfindən mükafatlandırılan məmurlardan biridir.
Mövzuya qayıdacağıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər