Ana Vətən Partiyası Şabran rayon təşkilatı Məclisinin iclası keçirildi
25-04-2016, 15:16
Oxunub: 4 357
Ana Vətən Partiyası Şabran rayon təşkilatı Məclisinin növbəti iclası keçirilmişdir
İclasda partiyanın Mərkəzi Şurasının üzvü Azər Quluzadə iştirak etmişdir. Rayon Məclisinin sədri Feyzulla Osmanov iclası açaraq məclis üzvlərini salamlamış və gündəliyi elan etmişdir.
Gündəliyin müzakirəsinə başlamazdan öncə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr nəticəsində şəhid olmuş oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gündəliyin birinci məsələsi Azərbaycanın işğal olunmuş torpaqlarında baş verən son hadisələrə həsir olunmuşdur.
Bu barədə AVP MŞ üzvü Azər Quluzadə çıxış edərək 2-5 aprelin tarixində cəbhə bölgəsində baş verən hadisələrə münasibət bildirdi.
Məsələ üzrə rayon məclisi qərar qəbul etmişdir. Qərarda qeyd olunmuşdur ki, AVP Şabran rayon təşkilatının bütün üzvləri hər zaman Ali Baş Komandanın əmrinə müntəzir olmalı və torpaqlarımızın azad olunması üçün silaha sarılaraq döyüşməyə hazır olmalıdır.
İkinci məsələ barədə rayon təşkilatının sədri Nazim Muradəlizadə çıxış edərək partiyanın rayon təşkilatının son aylarda göstərdiyi fəaliyyət barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, təşkilat rayonda gedən ictima-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumları ilə birgə fəaliyyət göstərir və ölkə prezidentinin siyasətinin yerlərdə uğurla həyata keçirilməsi üçün rayonun siyasi rəhbərliyinə öz köməkliyini göstərir.
N.Muradəlizadə son aylarda Şabran rayonundan AVP sıralarına qoşulan yeni üzvlər barədə də məlumat vermişdir.
Sonda AVP Şabran rayon təşkilatına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edildi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər