BolgeXeber.Com » Xəbərlər » "Qaçqınkom"da qaçqın evləri maxinasiyaları - təfsilat

"Qaçqınkom"da qaçqın evləri maxinasiyaları - təfsilat

25-04-2016, 18:03
Oxunub: 2 881 "Qaçqınkom"da qaçqın evləri maxinasiyaları - təfsilatƏli Həsənov büdcə pullarının «anasını» ustalıqla «ağladır»

Qaçqın və Məcburi Köçkuünlərlə İşə üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənovla bağlı yetərli qədər yazılmasına rəğmən, bu şəxsin tutduğu əməllərindən əl çəkməməsi diqqəti çəkir. Politika.Az xəbər verir ki, komitə sədri ilk gündən hansı sürətlə mənzil satışı ilə məşğul olurdusa, hazırda da həmin templə prosesə davam edir.

Belə ki, hal hazırda Qazaxdan tutmuş, Fin Şəhərciyinə qədər hər yerdə mənzillər inşa edilirsə, onun yarısını komitə sədrinin adamları pulla satmaqdadırlar. Burada qiymətlər də fərqlidir. Məsələn, əgər Bərdədə 3 otaqlı mənzilin qiyməti 30 min manatdırsa, Fin Şəhərciyindən bu rəqəm 15-20 min arasında, Qazaxda isə 10 min manat civarındadır. Maraqlıdır ki, bütün bu qiymətləri elə Qaçqınkomun rəsmi nümayəndələri özləri müəyyənləşdiriblər. Üstəlik, prosesə yerli İcra Hakimiyyətlərini də qataraq, onları da öz əməllərinə ortaq ediblər. Nəticədə, 10 minlik işin qiyməti bəzən 20 minə qədər yüksəlməli olub.

Bu əsnada onu da bildirək ki, Əli Həsənovun «səxavət kisəsi» də bəzən açıq olur. Amma qara camaat üçün yox. Məmurlar üçün. Hələ bir neçə gün əvvəl təkcə Aran Qarabağ zonasında neçə məmura qaçqın kimi mənzillər verildiyi barədə siyahı açıqlamışdıq. Onların hamısı icra başçısının müavinləri, polis rəisiləri və ya məkiəb direktorlarıdır. Belə olan təqdirdə, onlara niyə mənzil verildiyi maraqlıdır. Təbii ki, bu sirrli məsələ sayılmamalıdır. Çunki məmurlara mənzillər heç də qarşılıqsız peşkəş edilməyib.

Əli Həsənovun bu qədər açıq və dəqiq olan məsələlərə müdaxilə etməməsi, habelə onun ümumiyyətlə, proseslə bağlı addım atmaması kifayət qədər təəccüblüdür. Necə ola bilər ki, adi jurnalist və ya vətəndaş bilir ki, qaçqınlar üçün tikilmiş mənzillər satılır, amma komitə sədrinin bundan xəbəri yoxdur.

Etibarlı mənbələr vurğulayırlar ki, əslində, Həsənovun bundan xəbəri var. Onlar qeyd edirlər ki, komitə sədri onu görə səsini çıxarmır ki, bütün bu proseslərdə marağı var. Yəni, onun da haqqı vaxtında çatdırılır. Mənbənin iddiasına görə, alış-verişlərin yarı pulları komitə sədrinə verilir.

Mənbələr başqa bir iddia ilə də çıxış edirlər. Onlar Politika.Az-a qeyd ediblər ki, əsas gəlir mənbələrindən biri də qaçqınlar üçün inşa edilən binaların smeta dəyərlərinin şişirdilməsidir. Belə ki, sənəd üzərində içəriləri təmir olunan mənzillər, həm də bəzi zəruri mebel vəsaitləriylə də təhciz olunur. Kağız üzərindən fərqli olaraq binaların təmiri faktiki olaraq bərbad gündədir. Hər hansı bir mebel qoyulması barədə deyilənlər isə xəyaldan başqa bir şey deyil. Çünki onlar yalnız kağız üzərindədir və ayrılmış pullar da komitə sədrinin sərəncamındadır.

Qarşı tərəfi də dinləməyə hazırıq.